adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
18 Mart 2019 17:08
10533
SİYASƏT
A- A+

Milli Məclisin növbəti iclasının GÜNDƏLİYİ

Martın 29-da Milli Məclisin növbəti plenar iclası keçiriləcək. İclasın gündəliyinə 26 məsələ daxildir.

 Bunu açıqlamasında Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deyib.

O bildirib ki, bir çox qanunlara dəyişiklik nəzərdə tutulub.

"İlk məsələ Azərbaycan Respublikasının Milli Məclisinin İnsan hüquqları komitəsinin üzvünün seçilməsi haqqında layihədir. Sonra "Ümumi təhsil haqqında” qanun layihəsidir ki, bu da 3-cü oxunuşda müzakirəyə təqdim olunacaq"

Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019) yubiley medalının təsis edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında qanunda dəyişiklik edilməsidir ki, bu, ikinci oxunuşda müzakirə olunacaq.

İnzibati Xətalar Məcəlləsində, Mülki Prosessual Məcəllədə, "Sığorta fəaliyyəti haqqında” qanunda, Cinayət Məcəlləsində, "Telekomnukasiya haqqında" qanunda dəyişikliklər üçüncü oxunuşda müzakirə ediləcək.

Bundan başqa Azərbaycan Respublikasının Prezidenti və Belarus Respublikasının Prezidentinin birgə bəyanatının təsdiq edilməsi gözlənilir.

Vergi Məcəlləsi, Hesablama Palatası, banklar, Konstitusiya Məhkəməsi, daşınmaz əmlakın dövlət reyestri , dövlət rüsumu, Əmək Məcəlləsi, "Təhsil haqqında” və "Peşə təhsili haqqında” qanunlara dəyişiklik nəzərdə tutulur.

"Mediasiya haqqında” qanun layihəsi isə birinci oxunuşda müzakirəyə çıxarılacaq.