adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
18 Mart 2019 20:00
31084
ŞOU-BİZNES
A- A+

Maykl Ceksonun qızı intihara cəhd etdi

Maykl Ceksonun qızı Peris intihara cəhd edib.

Təcili xəstəxanaya çatdırılmış Peris artıq evə, yaxınlarının nəzarətinə buraxılıb.

İntihara səbəb pop kralı Ceksonun pedofiliyada ittiham olunduğu "Neverlendi tərk edərkən” filminin olduğu deyilir. 20 yaşlı Peris qətiyyətlə atasını müdafiə edir və onun günahsız olduğunu deyir. Lakin qalmaqallı film hələ üzə çıxmayıb.

İki seriyalı "Neverləndi tərk edərkən” sənədli filmi Amerika kino şirkəti NBO tərəfindən istehsal olunub. Film uşaqlıqda Maykl Ceksonla tanış olan Ueyd Robson və Ceyms Seyfçakın açıq hekayətləri üzərində qurulub. Müğənni ilə dost olmaqla onlar gizli görüşlərin müqabilində bir sıra imtiyazlar qazanıblar. Robsonun müğənni ilə ilk əlaqəsi olanda 7, Seyfçakın 10 yaşı varmış.