adalet.az header logo
  • Bakı 21°C
18 Mart 2019 19:37
10456
SİYASƏT
A- A+

Saakaşvili partiya liderliyindən gedir

Saakaşvili Gürcüstanın Vahid Milli Hərəkat Partiyasının rəhbəri vəzifəsindən gedəcəyini açıqlayıb.

Adalet.az xəbər verir ki, Mixail Saakaşvili özünün xələfi qismində keçmiş xarici işlər naziri Qriqol Vaşadzeni gördüyünü deyib:

"İvanişvili hər şeyi etdi. O, məni ölkəyə buraxmır, bir sıra liderlərimizi həbs edib. Bütün bunlar partiyanın işini çətinləşdirir. Ona görə də bu situasiyada, məncə, Vahid Milli Hərəkata sədr seçmək vacibdir. Belə ki, Vahid Milli Hərəkata yerində olan lider lazımdır. Məncə, Vaşadze çox yaxşı prezident kampaniyası keçirib. Şəxsən mən onu partiya sədri vəzifəsində dəstəkləyərdim”.