Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Başına lift düşən xadimənin işi ilə bağlı tutulan şəxslərə hökm oxunub Adalet.az | Başına lift düşən xadimənin işi ilə bağlı tutulan şəxslərə hökm oxunub Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / HÜQUQ

Başına lift düşən xadimənin işi ilə bağlı tutulan şəxslərə hökm oxunub

35031    |   2019-03-18 16:44
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda lift qəzasında təqsirləndirilən "Nəsimi-3” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin İdarə Heyətinin sədri Soltanməcid Əzizov və Çingiz Şıxəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

ONA-nın xəbərinə görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən hökm oxunub. Hökmə əsasən, S.Əzizov 5 il müddətinə azadlıqdan məhrum edilib. Ev dustaqlığında olan Ç.Şıxəliyev barəsində isə azadlığın məhdudlaşdırılması ilə bağlı cəza təyin edilib.

Qeyd edək ki, rəsmi məlumata əsasən, ötən il oktyabrın 4-ü saat 12:00 radələrində paytaxtın Nəsimi rayonu ərazisində yerləşən, "Nəsimi-3” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən idarə olunan 10 mərtəbəli yaşayış binasında cəmiyyətin idarə heyətinin sədri S.Əzizovun texniki təhlükəsizlik qaydalarına əməl etmədən verdiyi göstərişi əsasında lift təmir edilərkən kabinanın 9-cu mərtəbədən şaxtada təmizlik işləri aparan Mahirə Yusifovanın üstünə düşməsi nəticəsində sonuncu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Rayon prokurorluğunun və rayon Polis idarəsinin əməkdaşları dərhal həmin ünvana gedərək məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirib, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. S.Əzizov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Daha sonra Ç.Şıxəliyev də saxlanılıb. İstintaq orqanları tərəfindən onların barəsində Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi irəli sürülüb.




İmza:

Elinanın oxuduğu məktəbin direktoruna cəza istənildi

Gömrük Komitəsinin rüşvətə görə işdən çıxarılan polkovnik-leytenantı məhkəmə qarşısında

“İslahatlar keyfiyyətli hüquqi yardımın göstərilməsinə xidmət edir” - Baş Prokuror

Taleh Bağırzadənin xanımının cinayət işinə xitam verildi

Azərbaycanda 397 vəzifəli şəxsə cinayət işi açılıb

Zakir Qaralovdan Rafael Cəbrayılovla bağlı açıqlama

Eks deputat bəraət istədi - Məhkəmə müşavirəyə yollandı

Azərbaycan ədliyyəsində İNNOVATİV SIÇRAYIŞ: “Elektron məhkəmə”, “Mobil notariat qovluğu”...

Fuad Qəhrəmanlının boşanma məhkəməsi təxirə salındı - Yenilənib

Fədayə Laçının məhkəməsi yenə təxirə düşdü

Gəncə hadisələrində təqsirləndirilən 7 nəfərə hökm oxundu - 81 il

Hüseyn Abdullayevə 8 il cəza istənildi - Etiraz etdiyinə görə məhkəmə zalından çıxarıldı

SON XƏBƏRLƏR
2019-10-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (83.33%)
Pullsuz (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK