adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

HÜSNÜ MAHALLİ: İki deyil min üzlü

10604 | 2019-03-20 12:51

Tarixi yenidən yazacaq halım yoxdu amma iki üzlülüyəsəbrim çatmır.

Yeni Zenlandiyadakı cinayəti işləyən adamın atasıAğ İngilislər 1800-cü illərin əvvəllərində adaya gəlib və Polinezyalı Maoriləriqətl etmiş, indi də özü adaya yerləşən mühacirlərə niftər edir.

Ruh xəstəsi, manyak, psixopat və qatil.

İyul 2011-ci ildə Oslo yaxınlarında yerləşən gənclikdüşərgəsində 77 gənci öldürən Breivik kimi.

Orada öldürülənlərin hamısı iyirmili yaşlarda solçuXristian gənclər idi.

Demək istədiyim hərzaman hər yerdə ruh xəstəsi, qatillər var və var olacaqlar.

Tarix belə bir şey.

Qabil belə qardaşı Habili öldürmüşdü.

Yəhudilər İsayı Çarmıxa çəkmişdi.
Sevgili Peyğəmbərin ölümündən sonra Müsəlmanlarınvəziyyətini bilirsiniz.

Xalifə Ömər, Osman və Əli öldürüldü, sonra da Kərbalafaciəsi yaşandı.

Hamısı da Müsəlmanlaridi.

1618 - 1648-ci illər arasında bir çox Avropa dövlətininqarşıdığı və 30 il davam edən məzhəb müharibələrində insanlar bir-birləriniqırdı.

Hamısı da Xristianlar idi.

Gələk bu günlərə.

1980-ci ildə "Sünni” Səddam "Şiə” İrana hücumakeçdi.

8 il davam edən müharibədə bir milyon insan "cənnətyolunda” həyatlarını itirdi və müharibə bitəndə Səddam əvvəlcə Hələbcədə"Sünni” Kürdlərə qarşı kimyəvi silahdan istifadə etdi, sonra da özünə kömək edən"Sünni” Küveytə hücuma keçdi.

Qana doymayan Səddam özü kimi "Sünni” iki kürəkəniniöldürdü.

Bu sırada "Sünni” Səudiyyə Ərəbistanı, Pakistan, BƏƏ vəbaşqaları Əfqanıstanda SSRİ-yə qarşı müharibə edən müxtəlif "Sünni” qruplara dəstəkverdi.

Mərkəzi Kəşfiyyatİdarəsi əmir korpusları zənciri içində.

Qaidə və Bin Laden bu zəncirin halqasıydı.

"Sünni” Mücahid qruplar siyasi və mülki iqtidarüçün bir-birlərini boğazlamağa başlayanda "Xristiyan” MKİ Talibanı qurdurdu və1996-cı ildə Kabildə iqtidara daşıdı.

Qaidə və Talibanideologiyası başda İslam coğrafiyası olmaq üzrə bütün dünyanın başına bəlaoldu.

17 Səudiyyəli Qaidəçi Müsəlman 11 senytabrhücumunu gərçəkləşdirdikdə Xristiyan ABŞ və müttəfiqi Xristian və Müsəlman ölkələrəvvəlcə Müsəlman Əfqanıstanı, sonra da Müsəlman İraqı işğal etdi.
Bəzi İraqlı "Sünni və Şiələr” ABŞ-la əməkdaşlıq etdi.

Əvvəlində və sonrasındademokratiyanın olmadığı Müsəlman ölkələrdə Müsəlman iqtidarlar xalqlarına müxtəlifişgəncələr etdi, qaranlıq bir şəkildə öldürdü, nəfəs aldırmadı və nifrəttoxumları əkdi.

Gələk "Sünni” Müsəlman iqtidarların "Xristian” Qərbliölkələrlə əl-ələ verib dünyanı xəbərdar edən "Ərəb Baharı”na.

Suriyada "Ələvi” Əsədəqarşı xalqı ayaqlandırdı, Bəhreyndə ayağa qalxan xalq "Şiə” olduğu üçün basdırıldı,amma Tunis, Livya və Misirdə hər kəs "Sünni” idi.

Ən az bir milyon "Sünni,Şiə, və Ələvi” Müsəlmanlar tərəfindən "Allah yolunda” öldürüldü.
Misir,İraq və Suriyada çox sayıda Erməni və Kopti Xristiyan da hədəf seçildi.

Bəs niyə?
Xristiyan Qərb, Sünni Müsəlman iqtidarlar və Yəhudiİsrail istədi deyə.

8 il içindəheçbir "Sünni” İslamçı Cihadçı İsrailə qarşı heç bir aksiya keçirmədi.

İsrail də Suriya ordusunaqarşı savaşan bu Cihadçılara hər zaman kömək etdi, yaralılarını müalicə etdi vəsıxışdırıldıqlarında onları alıb qaçırdı.

Sonra da hamısı "HəqiqiSünni” İŞİD, NUSRA, ÖSO və buna bənzər Cihadçı qruplar bir-birlərilə müharibəetdi.

Gözləri qana susamış bu "Həqiqi” Cihadçılar 2015-2016illərində Səudiyyə Ərəbistanı və Küveytdə 6 "Şiə və Sünni” məscidindəterror törətdi, onlarca müsəlman öldürlüdü.

Həm də məscidiniçində.

Eyni "Sünni” Cihadçılar Suriya, Livya və İraqda məscidləri silah anbarına çevirərək savaş meydanına gətirdilər.

Bu üç ölkədə və Misirdə onlarca məscid,türbə, məzar və dini məkanlar havaya uçuruldu, dağıdıldı, yandırıldı.

Etiraz edənini eşitdinizmi?

Müsəlman Cihadçılar 2011-ciildən sonra Misirdə Xristiyan kilsələrində onlarca insanın ölümünə səbəboldular.
Maraqlanan olmadıqca İŞİD-çi Cihadçılar sürətlərini daha da artırdı vəİraqda iki min illik kilsələri bombaladıvə video görüntülərini hər kəsə göstərdi.

Türkçədən çevirdi: Oğuz Ayvaz

TƏQVİM / ARXİV