adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

"Bu gün onları Günəşə çıxaracaqlar" - Eminquey yazır - REPORTAJ

EMİNQUEY AKİF
68259 | 2019-03-18 14:32

Yarım saattez çatmışam. Səhər yediyim ilıq yumurta məni narahat edib, yolları o yana-buyana ölçürəm ki, ağrılarım keçsin. Gah bir siqaret yandırıram, gah Nazim Hikmətinbu misralarını özümküləşdirib zümzümə edirəm.




"Bugün günlərdən bazar, bugün onları Günəşə çıxaracaqlar...”

Taleyin bu təsadüfübizi Penitensiar xidmətin binasındakızala qədər gətirib çıxarıb. Hamı yerini tutur, salamlaşır, hal-əhval tutur.Paqonlu adamlar girib-çıxır zala. Bir jurnalist qız daxil oldu içəri. Deyəsən,jurnalistlərin əksəriyyətini tanıyırdı. Bircə mən bir-iki nəfərdən başqa heçkimi tanımırdım. İlk cümləsi bu oldu:

- Hamınız necə də məhbusa oxşayırsınız.

Gülüşdük.

Sonra biziqruplara böldülər, hər qrup öz avtobusuna doluşdu. Birinci səfərimiz Binə kəndindəki2 saylı cəzaçəkmə müəssisəsinədir. Penitensiar xidmətin Sovet ab-havalımaşınında o jurnalist qızın sözləri yadıma düşdü. Doğrudan da bu maşında adamözünü məhbus kimi hiss edir. Bizim qrupa nəzarət edən Pentensiar xidmətinişçisinə baxdıqda daha da əmin olurdum məhbus olduğumuza. ATV, XƏZƏR, ARBkanallarının işçilərinin kameralarına, ştativlərinə silah kimi sarılmalarınıgörüb rahatlaşırdım.


Hava da özGünəşi ilə Nazimin misralarına ayaq verir.

Çatdıq.

Müəssisəninqarşısında yığılan adamlar bizə maraqla baxırdılar. Penitensiar xidmətinmaşınından düşmüşük, necə olmalı idi ki?! Buraxılış vərəqlərimiz paylandı. Türməninqapısında növbəyə düzüldük. İki-iki, üç-üç buraxacaqdılar. Sıra mənə çatdıq.Qapıdan içəri daxil oldum. O giriş qapısının içində elə bir ab-hava var ki, eləbil heç vaxt buradan çıxmayacaqsan.

"Telefonlarınızı verin, içəri telefonla keçməkolmaz”.

Yoxlanış, sənədləritəqdim etmək, rəislərin "tez olun” deyə əmrləri...

Səsləndim:

- Bəzilərimizdə fotoaparat, kamera var, bəzilərimizdəyoxdu. Mən telefonsuz içəri keçsəm, nə edəcəm? Axı biz bura gəlməmişdən qabaqdemişdilər ki, çalışacağıq, telefonla içəri buraxılasınız.

Qrupumuzunbaşçısı onları razı saldı. Amma yalnız içəridə, yəni tədbir keçirilən zalda çəkilişəicazə veriləcək. Bizə də elə bu lazımidi.

Bu qapıdanişıqlı bir yol açıldı türmənin həyətinə.

Dar dəhliz...Bizi salamlayan penitensiar xidmətin işçiləri... Hər şey öz axarında gedir.

Əsas adamlarda gəldi.


Komissiyanınüzvləri Elman Nəsirli, Tahir Yusifov, Azər Həsrət çıxışlarını bitirdilər. Əfvolunan məhkumların simasında isə donuq ifadələr hökm sürürdü. Məhbusların içindəbircə nəfər yox idi – Qiyas. Hə, "Nida”çı, eynəkli tələbə oğlan. Yaxşıtanıyırsınız onu. O biri boş otaqda ora-bura var-gəl edirmiş. Qapısını açıbsoruşdular:

- Tədbir başlayır, gəlmirsən?

- Gəlmirəm!

- Niyə ki?

- Mən Azər Həsrət kimi bir adamın olduğu yerə ayaqbasmaram.

Qapınıbağladılar.

Komissiyaüzvlərinin bir-bir əfv olunanların adlarını çəkidikcə məhbusların üzlərindəkidonuq ifadələr də bir-bir açılmağa, əriməyə başladı. 31 nəfər azadlıq müjdəsinialdı.

Şəkillərimiziçəkdik, qeydlərimizi götürdük, marş çıxışa!

Türməniqapısından çıxanda nigaran, həyəcanlı adamların baxışları bizi yenəfotoaparatların qəfil işığı kimi yaxaladı. Jurnalistlərdən hərəsi bir nəfəritutub danışdırır. Elman Nəsirlini də saxlayıblar.


- Siyasi məhbusların hamısı azad olunmayıb hələ də.Azərbaycanda siyası məhbusların bu qədər çox olması Avropa qanunlarına ziddir.

- Siz hansı mətbu orqandansınız?

- Meydan tv.

- Hə... Azərbaycanda siyasi məhbus yoxdur. Kimsəgedib bir cinayət törədir, sonra görür ki, tutulacaq, başqa yolu yoxdur,başlayır siyasi fikirlər söyləməyə. Sonra da aləmə car çəkir ki, mən siyasi məhbusam.


Hamı həyəcanlaöz doğmasını gözləyir. Fikrət Fərəmozoğlunu da danışdırırlar, sevincini bölüşürvə deyir:

- Mən cinayətkar deyiləm!

Qiyası dagözləyirdik, çıxmadı. Bizimsə vaxtımız dar idi, hələ üç yerə də getməliyik.Doluşduq maşınlara. Növbəti dayanacaq 9 saylı cəzaçəkmə müəssisəsi. Türməninhasarlarının başına dolanan tikanlı məftillər mənə həkimlərin ilan-qurbağa xəttinixatırlatdı. Bu adamların taleyini Allah doğrudanmı "ilan-qurbağa” yazıb? Yoxsaazadlığa gedən yolda mütləq əyri-üyrü yollardan keçməlisən? Bilmirəm.


***

Yenə eyni senari,eyni proses.

Yoxlanış, sənədləritəqdim etmək, rəislərin "tez olun” deyə əmrləri...

Səsləndim:

- Bəzilərimizdə fotoaparat, kamera var, bəzilərimizdəyoxdu. Mən telefonsuz içəri keçsəm, nə edəcəm? Axı biz bura gəlməmişdən qabaqdemişdilər ki, çalışacağıq, telefonla içəri buraxılasınız.

Yenə dəqrupumuzun başçısı onları razı saldı. Amma yalnız içəridə, yəni tədbir keçirilənzalda çəkilişə icazə veriləcək. Elə bizə də bu lazım idi.

Bu dəfə həyətdəsaxladılar bizi. Uzun bir masa, üstündə müxtəlif şirniyyatlar, samovar...Ac-susuz adamlarıq. Neçə saatdır yediyimiz əfv olunanların çıxışları,içdiyimizsə insanların sevincləri idi. Daraşdıq şirniyyata, çaya. Əlimdətelefon sosial şəbəkəni oxuyuram. Artıq xəbərlər yayılmağa başlayıb.

DeputatAydın Mirzəzadə kalonların birində olub və məhbuslara verilən yeməklərdənyeyib, tərifləyib ki, içində qəşəng ət də var. Çayım boğazımda qaldı. Bizəburda snikerslə çay verirlər, Aydın Mirzəzadə deputatdı deyə ətli, dadlı yeməklərdənyeyir. Bu, ayrıseçkilikdir, atam-anam.

Çayı,şirniyyatı aşırıb, üstündən bir siqaret də çəkib içəri daxil olduq.

Yenə dar dəhliz,yenə zal...

9 saylı cəzaçəkməmüəssisəsinin rəisi Baba Gülməmmədov məhbuslara buraxılış vərəqələrini təqdimedir. Əfv olunanların içində Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputatEldar Sabiroğlunun oğlu Rüfət Səfərov da var.Çıxışda ilk yaxınlaşdığımız elə Rüfət bəy oldu. Ondan azadlığa çıxmağın necəbir hiss olduğunu soruşduq:


-Üç ildir ailəmdən uzaqdayam. Çox qarışıq hisslər keçirirəm. Azadlıq çox gözəlhissdir. Bütün məhbuslara azadlığa çıxmağı arzu edirəm. Bundan sonrakı fəaliyyətimdəcəmiyyətə faydalı olacağımı düşünürəm.

Başqa nə deyəbilərdi ki... Sevinc, həyəcan...

Qucaqlaşan,bir-birini möhkəm-möhkəm qoxlayan adamlar...

Azadlığaçıxan təkcə məhbuslar deyil, insanların qucaqlamağa həsrət qalmış qollarıdır.


Növbətidayanacaq 17 saylı cəzaçəkmə müəssisəsi.

***

Hamısıyan-yanadır. Ordan çıxıb bura giririk. Ssenari dəyişməz qalır.

Zaldakı məhbuslarıniçində iki qaradərili də var. Biri mətbuata neçə il bundan qabaq tanışdır.Obome Mozisi deyirəm. Saxta pul kəsdiyi üçün tutulub. Komissiyanın üzvü Elman Nəsirlisoruşur:

- Azərbaycan dilini öyrənə bildin?

Obomo Mozisbaşını yelləyir – yox.


Qara-quraişlər görmüş 53 yaşlı qaradərili Mozisin bircə saçları ağdır. Ağ günə çıxacağıgünün vərəqəsini alıb əyləşir yerinə. Şükür, 10 nəfər də burdan azadlığa çıxdı.

Mozisjurnalistlər üçün maraqlı tipajdı deyə çıxışdaca öncə ona yaxınlaşırıq.

Sualımızı özdilimizdə verdik. Ki, görək nə hisslər keçirir. Mozis də bizə öz dilimizdəcavab verdi. Deyəsən, o da yaxşı başa düşüb yaxşı danışa bilməyənlərdəndir.


- Allah İlham Əliyevəcan sağlığı versin. O çox humanist insandır. Ailəm və mən azadlığaburaxıldığımız üçün çox şadam. Mən Azərbaycanda yaxşı günlər keçirmişəm.

Jurnalistlərdən biri ingiliscə nəsual verdisə, Mozis ingiliscə danışmağa başladı. Danışdı, danışdı, danışdı…Sıxılmağa başaldıq. Mozisə nə qədər "stop” desək də, nə qədər "thanks” desək dədayanmırdı. Özünü bir anlıq Nigeriyanın prezidenti kimi hiss eləmişdi. Əl qol hərəkətləriçoxalır, biz onun sözünü kəsməyə çalışanda isə səs tonu bir o qədər dəucalırdı.

Axır ki, bitirdi.

Əfv olunanların doğmaları iləgörüşünə baxmaqçun dayanacaqdıq. Mozis qəfillədi, başladı oxuyub oynamağa:

- Çayn, çayn, çayn, Azərbaycan çayn.

Görəsən, Azərbaycan çayındandanışır, yoxsa bu ingiliscə siyasi mesajdır? Mesajdırsa niyə "Çayn” (ingiliscəChine belə oxunur)? Bəlkə "can” demək istəyir? Ya bəlkə də bayaq bizə verilənçayı görüb, ona ironiya edir? Bilmədik.

Əlində əsa, saçı-başı ağ bir anaoğlunu görcək ayaqlarına güc gəlir, oğluna tələsir, qucur, öpür. Bu mənzərəni əbədiləşdiririk.


Yorğun-arğın bir bədxəbər aldıq. Növbəti dayanacaq Kürdəxanı! 1 saylı Bakı İstintaq təcridxanası!

Buradan cəmi 6 nəfərazadlığa çıxacaq.


***

Yol uzanır, tıxacadüşürük. Deyəsən, yollar da sevincək olub, maşınlarla dolub. Bəs biz butıxacdan nə vaxt azadlığa çıxacağıq? Yarım saatdan sonra. Yatan kim, çəkdiyimateriallara baxan kim.

Axır ki çatdıq.

Yenə eyni sujet xətti.

Yoxlanış, sənədləritəqdim etmək, rəislərin "tez olun” deyə əmrləri...

Yenə də eynigiley- güzar:

- Bəzilərimizdə fotoaparat, kamera var, bəzilərimizdəyoxdu. Mən telefonsuz içəri keçsəm, nə edəcəm? Axı biz bura gəlməmişdən qabaqdemişdilər ki, çalışacağıq, telefonla içəri buraxılasınız.

Qrupumuzunbaşçısı onları razı saldı. Amma yalnız içəridə, yəni tədbir keçirilən zalda çəkilişəicazə veriləcək. Elə bizə də bu lazım idi.

Hər dəfəeyni cümlələri təkrar eləmək də bir yandan yormuşdu məni. Neyləyək? Cəzaçəkməmüəssisəsi təkcə cinayətkarlara cəza vermir ki. İşimizi görüb qurtardıq.Hamının üzünə bir rahatlıq çöküb. Təcridaxananın qapısından çıxanda uşaqlaradedim:

- Uşaqlar, şükür, bizi də azadlığa buraxdılar!Gedib rahatca deyə bilərsiz ki, ömrümün səkkiz saatını həbsxanada olmuşam. Özüdə elə-belə yox ha. Düz dörd həbsxanada.

Bir-iki nəfərqəribə baxışlarla mənə tərəf çöndü.

Gülüşdük...

Amma bütün bu yorğunluğa dəyərdi. Hiss edirdim ki,yeddi-səkkiz saatdır bir stəkan çay, bir dilim piroq yeməyimə baxmayaraq mədəmdəaclıq hissi yox idi. Bu gün o, doğmalarına qovuşan məhbusların sevincilə doymuşdu.






TƏQVİM / ARXİV