adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
18 Mart 2019 11:36
8497
MƏMLƏKƏT
A- A+

Umayra Tağıyeva: Güclü şimal küləyi sabah günün ikinci yarısınadək əsəcək

Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti sabah günün ikinci yarısınadək davam edəcək.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, Rusiya mərkəzi rayonlarından yüksək təzyiq sahəsinin, yəni siklonun Qafqaz ərazisinə daxil olması və bu gün Xəzər dənizinin cənub-şərqindən keçməsi nəticəsində şimal küləyinin sürəti güclənib. Hazırda Bakıda və Abşeron yarımadasında küləyin maksimal sürəti saniyədə 26-27 metrdir.

U.Tağıyeva hazırkı hava şəraitinin mart ayı üçün səciyyəvi olduğunu söyləyib:

"Güclü şimal küləyi gün ərzində əsəcək. Sabah günün ikinci yarısında küləyin nisbətən mülayimləşəcəyi proqnozlaşdırılır. Hazırda havanın temperaturu iqlim normasından bir qədər aşağıır. Gün ərzində havanın maksimal temperaturu 8-9 dərəcə təşkil edəcək".