adalet.az header logo
  • Bakı 7°C
24 Mart 2019 10:52
21161
MARAQLI
A- A+

Erkən ölümə səbəb olan qida məhsulları bəlli oldu

ABŞ-ın Şimal-Qərb Universitetinin alimləri mütəmadi olaraq yumurta və digər yüksək xolesterinli qidaların qəbulunun insanda ürək-damar xəstəliklərinin inkişafı və erkən ölüm riskini artırdığını müəyyən edib.

Bu haqdaMedicalXpressnəşrində pres-reliz dərc olunub.

Tədqiqatçılar 29 615 nəfərin iştirakı ilə keçirilmiş 6 ayrıca araşdırmanın nəticələrini təhlil edib.

Könüllülər qəbul etdikləri qidalarla bağlı müvafiq anketi doldurub.

Sonradan onların səhhəti 31 il ərzində nəzarətdə olub. Məlum olub ki, gündəlik olaraq tərkibində xolesterin olan 300 milliqram qida qəbulu, ürək-damar xəstəlikləri riskini 17 faiz artırıb, erkən ölüm ehtimalı isə 18 faiz yüksək olub.

Bundan başqa həftədə 3-4 yumurta yeyənlərdə ürək-damara xəstəlikləri və erkən ölüm riski 8 faiz çox olub. Alimlər insanların bu riskləri aşağı salması üçün xolesterinlə zəngin qidalardan, o cümlədən yumurta və qırmızı ətdən az-az istifadə etməyi tövsiyə edir.