adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
18 Mart 2019 10:28
18066
DÜNYA
A- A+

İran Türkiyə ilə birgə PKK-ya qarşı əməliyyat keçirəcəyini təsdiqlədi

İran və Türkiyə PKK terrorçularına qarşı birgə hərbi əməliyyat keçirəcəklər.

Trend-in məlumatına görə, bunu İran xarici işlər nazirinin müavini Məhəmməd Hüseyn Zülfüqar deyib.

O, PKK-nın hər bir ölkə üçün təhdid olduğunu vurğulayıb.

Nazir müavini əlavə edib ki, İran-Türkiyə sərhədində heç bir problem yoxdur.

Xatırladaq ki, martın 6-da Türkiyənin daxili işlər naziri Süleyman Soylu Türkiyə və İranın PKK terror təşkilatına qarşı birgə hərbi əməliyyat keçirəcəyini bəyan etmişdi.