adalet.az header logo
  • Bakı 13°C
18 Mart 2019 10:27
5085
HADİSƏ
A- A+

Bakıda doqquzmərtəbəli yaşayış binasının şaxtası yanıb

Bakıda doqquzmərtəbəli yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Adalet.az-a verilən məlumata görə, Nəsimi rayonunda doqquzmərtəbəli yaşayış binasının şaxtasında məişət tullantıları 15 m² sahədə və mərtəbələr arasında 5 p.m elektrik kabeli yanıb.

Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.