adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
18 Mart 2019 10:25
6809
HADİSƏ
A- A+

Yasamalda baş verən yanğında bir nəfər ölüb

Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 20 m² olan dəmir konstruksiyalardan ibarət tikilinin içərisində əşyalar yanıb.

Fövqəladə Hallar Nazirliyindən Adalet.az-a verilən məlumata görə, yanğının kəşfiyyatı zamanı 1957-ci il təvəllüdlü Malaxova Elmira İdris qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.