adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
17 Mart 2019 16:43
7718
GÜNDƏM
A- A+

Əfv sərəncamının icrası başa çatıb - YENİLƏNİB

Azərbaycan Prezidentiİlham Əliyevin imzaladığı əfv sərəncamının icrası başa çatıb.

Adalet.az xəbər verir ki, sərəncam ümumilikdə 431 nəfərə şamil olunub.


13.27

1 saylı Bakı İstintaq Təcridxanasından 6 nəfər məhkuməfv sərəncamı ilə azadlığa buraxılıb.

12:54

8 saylı cəzaçəkmə müəssisəsindən 1 nəfər məhkum əfv edilib.

Həmin şəxs Nardaran hadisələrinə görə tutulan və 17 il müddətinə azadlıqdan məhrum edilən Mikayılov Zülfüqardır.

12:20

Sərəncama əsasən, 12 saylı cəzaçəkmə müəssisəsindən 4 nəfər məhkum əfv edilib.

Onlara buraxılış vəsiqələri verilib. Əfv edilənlərdən ikisi qardaşdır.


11:27

Əfv sərəncamının icrası 17 saylı cəzaçəkmə müəssisəsində davam edib.

Cəzaçəkmə müəssisəsindən 10 nəfər məhbus əfv olunub. Onlardan ikisi əcnəbi - Nigeriya vətəndaşıdır.


10:10

2 saylı cəzaçəkmə müəssisəsində əfv olunmuş 31 nəfər azadlığa buraxılıb.

Onlar arasında JAM.az saytının rəhbəri Fikrət Fərəməzoğlu da var.


09:14

Martın 16-da Prezident İlham Əliyevin imzaladığı məhkum edilmiş bir sıra şəxslərin əfv edilməsi haqqında sərəncamın icrasına başlanılıb.

Əfv sərəncamı ümumilikdə 431 nəfərə şamil olunub. Onlardan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 399 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.

Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bir nəfərin cəzası 25 il, 2 nəfərin cəzası isə 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib.

Azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər də cəzadan azad olunub.

Bunda başqa, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər, islah işləri cəzasına məhkum edilmiş 3 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.

1 nəfər ictimai işlər cəzası, 12 nəfər isə cərimə cəzasından azad edilib.

Əfv sərəncamı 14 xarici vətəndaşa, o cümlədən 3 Gürcüstan, 2 Rusiya, 2 Nigeriya, hərəsinə 1-i olmaqla Türkiyə, İran, Özbəkistan, Çin, Kamerun, Hindistan, Belarus vətəndaşlarına da şamil olunub.