adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
16 Mart 2019 16:42
58213
HÜQUQ
A- A+

Gözəl Bayramlı və Fuad Qəhrəmanlı əfv edildi - Yenilənib

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.

Əfv olunanlar arasında AXCP sədri Əli Kərimli qaynı, "Texnikabank”ın Yasamal filialının sabiq müdir müavini Elnur Seyidov, AXCP sədrinin müavinləri Gözəl Bayramlı və Fuad Qəhrəmanlı da var.

Bundan əlavə, Nida Vətəndaş Hərəkatının üzvü İlkin Rüstəmzadə, Qiyas İbrahimov və Bayram Məmmədov da əfv olunub.