Elçin Quliyev yenidən Atçılıq Federasiyasının prezidenti seçildi
Bu gün Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) növbəti ümumi yığıncağı keçirilib.
Federasiyanın mətbuat mərkəzindən Adalet.az-a verilən məlumata görə, yığıncaqda Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, ARAF İdarə Heyətinin üzvləri və 100-ə yaxın federasiya üzvü iştirak edib.
Federasiyanın vitse-prezidenti Mahir Muradov son 5 il ərzində atçılığın konkur növü üzrə görülmüş işlər barədə, Federasiyanın vitse-prezidenti Elşad Abbasov son 5 il ərzində cıdır üzrə görülmüş işlər barədə, Federasiyanın idarə heyətinin üzvü Bəsirət Quliyev Milli at cinsləri və Milli atüstü oyunlarla bağlı məruzələr ediblər.
Daha sonra Federasiya prezidentinin seçkiləri keçirilib, Elçin Quliyev ümumi yığıncaq üzvlərinin maksimal səs çoxluğu ilə növbəti 5 il müddətinə yenidən ARAF-ın prezidenti seçilib.
Ümumi yığıncağın qərarı ilə ARAF-ın 1-ci vitse-prezidenti vəzifəsinə Mahir Muradov, vitse-prezident vəzifələrinə Elşad Abbasov, Bəsirət Quliyev, Sakit Məmmədov, Bəhruz Nəbiyev seçilib və idarə heyətinin üzvləri təsdiq olunublar.
Digər Xəbərlər
18 Aprel 2024 10:58
Naxçıvanın su ehtiyatlarının həcmi açıqlandı
18 Aprel 2024 10:13Şənbə günü Bakıda iməcilik keçiriləcək
17 Aprel 2024 12:56Sabah 28° isti olacaq
17 Aprel 2024 12:24Azərbaycanda ailə məhkəmələrinin yaradılması təklif olunur
17 Aprel 2024 12:16