adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
15 Mart 2019 17:46
18058
ƏDƏBİYYAT
A- A+

Fidanın arzusu

Fidan Rəhimova Sumqayıt şəhər 19 N-li tam orta məktəbin VII "D” sinfində oxuyur. O dərslərindən həmişə "4” və "5” qiymətlər alır. Hələ 6-7 yaşlarında ikən Fidan təsviri sənətə həvəs göstərib. Odur ki, Sumqayıt şəhərindəki 1N-li Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəssamlıq studiyasında fəaliyyət göstərən dərnəyə üzv yazılıb. O,burada dərnəyin rəhbəri Əfsanə Xudiyevanın köməyi ilə bu peşənin incəliklərini öyrənib.

Zahirən yaşıdlarından bir o qədər də fərqlənməyən Fidan, yalnız rəndlərlə baş-başa qalanda öz yaşıdlarına bənzəyir. Əslində isə, əsl uşaqlıq həyatını yaşamağındadır. Onu da deyim ki, Fidan öz rəsmləri ilə Sumqayıt şəhərində keçirilən uşaq rəsmləri müsabiqələrində iştirak edib. Mərkəzin ictimai-siyasi həyatında, yaradıcılıq nailiyyətlərinə və bir çox rəsm sərgilərində fərqləndiyinə görə "Diplom”la, Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş "Milli-mənəvi dəyərlərimiz rənglərin dili ilə” və Sumqayıt şəhər Tarix Muzeyində təşkil olunmuş "Muzeydə etüd” rəsm müsabiqələrində fərqləndiyinə, 31 Dekabr Həmrəylik gününə həsr olunmuş "Mənim Azad Dünyam” və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş "Kötük üzərində etüd” adlı rəsm müsabiqələrində I yer tutduğuna görə mərkəzin direktoru Əntiqə Rzayeva tərəfindən "Fəxri fərman”lara layiq görülmüşdür.

Bütün bunların təkcə fəhmində yaranan gözəllik qaynağı olmadığını, Fidanın parlaq istedad sayəsində gerçəkləşdiyini xüsusi qeyd etmək istərdik. Onun rənglərə sonsuz sevginin və inamının ifadəsi olan bu lövhələr həm də dünyamıza ülvi, özünəməxsus baxışın ifadəsidir. Bizcə balaca rəssamın kövrək fırçası yeni gözəllik qaynaqları kəşf etməyə, onları mənəvi dəyərə çevirməyə qadirdir.


Fidan Rəhimova yaxın vaxtlarda öz rəsm əsərlərindən ibarət fərdi sərgisini açmaq arzusundadır. Odur ki, hazırda yeni rəsmləri üzərində çalışır.

Fidanın sinif rəhbəri Vəsilə Məmmədova deyir ki, Fidan VII "D” sinfinin ən məsuliyyətli şagirdlərindəndir. Sinif yoldaşları ilə münasibəti də çox səmimidir. Müəllimlərin verdiyi tapşırıqları səylə yerinə yetirməyə çalışır. Həm humanitar, həm də riyazi sahələrə marağı var. Rəsm qabiliyyəti yüksəkdir. Fidan məktəbin müəllim və şagird kollektivlərinin hörmətini qazanmış, ağıllı, bacarıqlı və çalışqan bir şagirddir. Onun ən böyük arzusu gələcəkdə rəssam olmaqdır.

Valideynləri – Telman və Ülviyyə xanım, müəllimləri, xüsusilə məktəbin direktoru Pərvanə Ramazanova Fidanla fəxr edir və ona seçdiyi peşəyə nail olmağı arzulayırlar. Fidanın gələcəkdə geniş dünyagörüşünə malik insan kimi yetişməsinə böyük ümid bəsləyirlər


Şixəmməd Seyidməmmədov,

Azərbaycan Dövlət Pedaqoji

Universitetinin Quba filialının

baş müəllimi