adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
15 Mart 2019 17:09
7692
MƏMLƏKƏT
A- A+

Azərbaycan əhalisinin sayı 9 milyon 988 min 437 nəfərə çatıb

2019-cu il fevral ayının 1-i vəziyyətinə Azərbaycan əhalisinin sayı 9988437 nəfərə çatıb.

Adalet.az-ın məlumatına görə, ilin əvvəlindən əhalinin sayı 6980 nəfər və ya 0,1 faiz artıb.

Əhalinin ümumi sayının 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Hazırda hər 1000 kişiyə 1003 qadın düşür.