adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
15 Mart 2019 17:03
14147
İDMAN
A- A+

“Qarabağ” Ansi Aqolli ilə vidalaşıb

Ağdamın "Qarabağ” klubu futbolçusu Ansi Aqolli ilə vidalaşıb. Albaniyalı müdafiəçi Topaz Premyer Liqasının XXI turunun az əvvəl başlayan "Səbail”lə görüşündə meydana çıxsa, əyalət təmsilçisinin heyətində sonuncu qarşılaşmasını keçirəcək.

Görüşə ehtiyat oyunçular skamyasında başlayan A.Aqollinin oyunun gedişində meydana çıxması gözlənilir. "Bayıl Arena”dakı görüşdən əvvəl "Qarabağ” futbolçu ilə vida təşkil edib. Komandanın kapitanı Rəşad Sadıqov müdafiəçiyə xatirə hədiyyəsi kimi 317 nömrəli formanı bağışlayıb.

2010-cu ildən Ağdam klubunda çıxış edən müdafiəçi ABŞ-ın "Nyu-YorkKosmos” klubu ilə anlaşıb. Onun klubdakı xidmətlərini nəzərə alan klub rəhbərliyi Aqollinin keçidinə imkan yaradaraq mövsümün sonunda başa çatacaq müqaviləyə matçdan sonra qarşılıqlı şəkildə xitam veriləcək.

Qeyd edək ki, "Qarabağ”da 317-ci oyununa çıxan A.Aqollinin hesabında 4 qol var.