adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
16 Mart 2019 10:21
9914
GÜNDƏM
A- A+

AZƏRBAYCAN RESPUBLİKASININ SƏHİYYƏ NAZİRİ CƏNAB OQTAY ŞİRƏLİYEVƏ

Hörmətli Nazir!

Bu günlərdə Şəki şəhərində bir xəstəxananın beş tibb bacısının bir zarafatlı videosu yayılıb. Bildiyiniz kimi, Şəki camaatı zarafatı, yumoru və şəbədəni sevir. Bu tibb bacıları da Afət Fərmanqızının Nəsiminin «Mən bu cahana sığmazam» qəzəlini hind musiqisi üstündə oxumasını paradoiya ediblər. Müğənni ziyalılar tərəfindən, eləcə də sosial şəbəkədə bu mahnıya görə kəskin tənqid olunsa da, indi hər gün televiziya kanallarına çıxarılır və o mahınını oxuyur.

Amma çox qəribədir ki, həmin mahnıya parodiya edən beş tibb bacısı buna görə Şəki şəhərinin baş həkimi Elçin Əmirov tərəfindən işdən çıxarılır. Bu hansı məntiqdi, bu hansı qanundu? Onlar öz vəzifələrini yerinə yetirə bilməyiblər, ya hansısa bir günah iş görüblər? İlin-günün bu vaxtı heç bir ciddi səbəb olmadan beş ailəni çörəksiz qoymaq nə deməkdi? Uzaqbaşı, onlara bunu irad tutmaq olardı. Əslində o baş həkimin özü bu qanunsuzluğa görə cəzalandırılmalıdı.

Hörmətli Nazir!

Sizdən xahiş edirəm, həmin tibb bacılarının yenidən işə bərpa olunmasına göstəriş verəsiniz və onların hüquqlarını qoruyasınız.


Hörmətlə: Aqil ABBAS, Millət vəkili