adalet.az header logo
  • Bakı 18°C
15 Mart 2019 15:14
28184
TEXNOLOGİYA
A- A+

Azercell-dən Novruz hədiyyəsi

Azercell müştərilərinə bayram əhval-ruhhiyəsi bəxş etmək üçün musiqi sevərlərə xüsusi kampaniya təqdim edir.

Azercell martın 15-dən aprelin 15-nə kimi hər 1GB, 5GB, 10GB, 50 GB (Limitsiz internet) həcmində aylıq mobil interneti paketi sifariş edən və ya GəncOl5, GəncOl8, Hədsiz, Hədsiz İnternet tarif paketlərinindən birini aktiv edən abunəçilərinə ZVUK-dan (onlayn musiqi tətbiqi) 30 günlük pulsuz abunəlik hədiyyə təqdim ediləcək.

40 milyondan artıq musiqi parçasını smartfona daşıyan Zvuk xidməti, istənilən musiqini dinləmək və yeni musiqi parçaları əlavə edərək abunəçilərə öz play listlərini yaratmaq imkanı verir. Kampaniya çərçivəsində xidmətdən istifadə etmək üçün, "Zvuk” mobil tətbiqini Google Play (Android) və ya App Store (iPhone) platformalarından yükləmək kifayətdir.