adalet.az header logo
  • Bakı 11°C
15 Mart 2019 14:39
6843
GÜNDƏM
A- A+

Deputat parlamentdə “kupça” məsələsini qaldırdı

"Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin xalq arasında "kupça” adlanan sənədin verilməsinin sadələşdirilməsi haqqında sərəncamını yüksək qiymətləndirirəm. Amma Bakı və ətraf ərazilərdə, eləcə də digər rayonlarda olan yeni tikillilərə də bu sənədlərin verilməsinə ehtiyac var”

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2018-ci ildəki fəaliyyətinə dair hesabatın müzakirəsi zamanı millət vəkili Elmira Axundova deyib.

Deputat bildirib ki, bu ərazilərdə yaşayan insanlar orada çoxdan ev tikiblər və 20-30 ildir orada yaşayırlar: "Onlar kommunal xərclər ödəyirlər. Lakin əllərində bir sənəd olmadığında onlar nə dövlətə əmlak vergisi ödəyirlər, nə də bu evlər alqı-satqı predmetidir. Ona görə də dövlətə ödəniləcək əlavə vergilər büdcəyə yox, kimlərinsə ciblərinə axır. Halbuki, bu evlər sənədləşsə, dövlət təxmini hesblamalara görə 300-500 milyon manat əlavə gəliri büdcəyə yönəldə bilər. Nə üçün bu leqal gəlirdən imtina edərək, hanısa məmurun qara kassasını dolduraq?”.

Bundan əlavə, deputat təklif edib ki, şagirdlər məcburi şəkildə həftədə bir dəfə hovuzda üzgüçülüyə cəlb edilməlidir. Bu, dövlət hesabına həyata keçirilməlidir: "Hər il yüzlərlə insan Xəzər dənizi, Kür və Araz çaylarında boğulur. Avropa təcrübəsini öyrənəndə görürük ki, orada şagirdlərə üzgüçülüyü öyrətməyə çalışırlar. İnanın, heç bir artıq xərc insan həyatından önəmli deyil”.

E.Axundova digər bir təklifində isə bildirib ki, səhiyyə müəssisələrində uşaqların cinsinin açıqlanması qadağan edilməlidir.