Faiq QİSMƏTOĞLU: ÇİÇƏKLƏR DOĞULUR BU YAZ GECƏSİ...

FAİQ QİSMƏTOĞLU
44681 | 2019-03-15 14:16

... Dünyada çiçəkdən zərif, çiçəkdən incə və çiçəkdən ətirli heç birgözəllik yoxdu. Çiçəkləri təkcə sevmirlər, onları həm də sevə-sevə qoruyur,qoruya-qoruya da sevirlər. Çiçəklərin üstünə bal arıları qonur və onun ləçəklərindən şirə çəkirlər. Çiçəklər sanki dünyanın ən gözəlvə ən ətirli varlığı olaraq həmişə insanların dünyasına bir sevgi, bir məhəbbətgətirib...

... Tez-tez yuxuma dağlar girir və dağların qoynundakı çiçəklərigirir. Xüsusən də itburnu çiçəyi ən çox sevdiyim çiçəklərdəndi. Bəhmənlinin qışıda gözəl olur, yazı da. Çünki Bakıda görmədiyimiz, ətrini duymadığımız çiçəklərinətrini Bəhmənlidə - ata yurdundakı bağda alma, alça, gavalı, ərik, itburnuağaclarında duyuram. Və bir də bizim həyətdə itburnu çiçəyi də var. O qədər ətirli,o qədər gözəldir ki, adam iylədikcə bir də iyləmək istəyir. Və bu çiçəyi iylədikcəözünü cənnətdə hiss eləyirsən. Qəlbinə, ciyərinə cənnətin qoxusu dolur...

...Yaz elə bir gözəllikdir ki, onu heç bir fəsil əvəz eləyə bilməz.Yazın rəngi nə qırmızıdı, nə yaşıldı, nə qəhvəyidi, nə də ağdı... Və hər gələnyazın min rəngi, min çaları və min də koloriti var. Yaz gələndə təkcə biziqoynuna alacaq və əbədi layla çalacaq torpaq oyanmır. Yaz gələndəinsanların qara bəxtləri, kədərləri və həttadərdləri də gül açır. Və bu dərddən, qəmdən çox sevincə, fərəhə, işığa dönür.İşığa dönən və qəlbə süzülən sevinc isə insanın qəlbində, ürəyində günəş istiliyi yaradır. İsti olan yerdə çiçək bitir, gül bitir və qızılgül boylanır.Qızılgül boylana-boylana bülbülü axtarır. Bülbül də gəlib qızılgülün yanında özsevgi mahnısını oxuyur. İndi gəl bu mahnıya qulaq asma görüm qulaq asmayabilirsənmi?

Ata yurdumuzdakı alça, gavalı, ərik, gilas... ağacları çiçək açıb vəçiçəklərinin üstündə arılar dolanır. Və bu arılar Həsənqulu kişinin oğlu Habilinarılarıdır. Deyirlər ki, Həsənqulu kişinin oğlu Habil heç vaxt bala şəkər tozuqatmır. Və şəkər tozu qatsa arılar da ondan küsər, bir daha çiçəklərin, güllərinləçəklərinin üstünə qonub şirə çəkməzlər. Və bu gün içi mən qarışıq onunarılarının güllərdən, çiçəklərdən çəkdiyi may balını böyük sevinclə gözləyirik.Mayda gördüyümüz bu güllərin, çiçəklərin balı hazır olacaq. Və o bal da min birdərdin dərmanıdır. El dilində demiş olsaq, ölü o baldan yemiş olsa, dirilər vədirilər də yesə ölməzlər...

... Həyətdəki güllərin, çiçəklırin ətri məni özünə çəkir. Və bir azda bu güllərdə, çiçəklərdə atamın, anamın, qardaşımın ruhunu hiss eləyirəm. Eləbilirəm hər yaz gələndə onlar dirilir və ruhlarıyla birgə həyətimizə gəlir, çiçəkkimi, gül kimi bizə boylanır... Və bizə boylanan bu çiçəklər ürəyimin sarısiminə toxunur. Düşünürəm ki, mənim doğmalarım, əzizlərim gəlib. Və əyilib oçiçəklərdən, o güllərdən heç dərmirəm də. Əyilirəm ki, ruhların çiçəyə döndüyübu gözəllikləri öpüm. Ağ və qırmızı çiçəklərin ləçəklərindən öpürəm. Səhər şehiolduğuna görə, çiçəklər o qədər təmiz, o qədər gözəldir ki, onun nə ətrindən, nədə gözəlliyindən doymuram. Böyük Vahid Əzizin bu misralarını pıçıldayıram:

Çiçəkləri öpdüyümü küləklər,

Qaçıb yara bildirməsə yaxşıdı...

Çox təəssüf ki, bu gözəl şeirin digər gözəl misralarını əzbər yadımdasaxlamamışam. Amma hər yaz gələndə bu şeirlər, bu misralar ürəyimdətumurcuqlayır, çiçək açır və məni çox gözəl müqəddəs günlərə qaytarır...

... Özümü saxlaya bilməyib düz itburnu çiçəyinin yanına gedirəmn, özüdə ayaqyalın. Həkimlər deyirlər ki, çəmənliyin üstünə şeh düşəndə ayaqyalın gəzsən,bütün dərdlərin dərmanıdır. Onsuz da Bəhmənlinin havası da, torpağı da, suyuda, çörəyi də çox dərdin dərmanıdır. İnanmırsınız, gəlin Bəhmənliyə, göründediklərim düzdür, yoxsa yox?! Dostum Əbülfət Mədətoğlu yeyib-içən adamdı vəağzının da dadını yaxşı bilir. Bir dəfəBəhmənlidən ona tut arağı pay gətirmişdim, dadına baxmışdı və demişdi ki, mənçox tut arağı içmişəm, amma belə ətirli araq görməmişəm. İnsafın olsun, heçolmasa ildə bir dəfə o gözəl nemətdən mənə də pay gətir. Və mən də qohumumademişəm tut yetişəndə o payı dostum Əbülfətə hazırlasın!..

... İtburnu çiçəyinin nazıyla oynayıram. Qonşu çəpərin yanındakı alçaağaclarının çiçəkləri mənə gəl-gəl desə də, bu gözəl itburnu çiçəyi gözəl birqız kimi məni özünə çəkir. Çiçəklər hamısı gözəldir. Amma itburnu çiçəyinin özgəbir ətri var. Elə bil ki, bu çiçəyin ətrinə tamarzı kimi dizimi yerı qoyub onuövladım qədər bir şirinliklə qoxulayıram. Çox təəssüf ki, şair deyiləm. Yoxsaşair olsaydım nə dərdim, itburnu çiçəyinə gözəl bir şeir yazardım. Amma şairolmasam da, poeziyanı, gözəl şeiri çox sevirəm.

... Doyunca itburnu çiçəyinin ətrini ciyərlərimə çəkirəm. Ovqatım o qədəryaxşılaşır ki, özümü çox gözəl hiss eləyirəm. Nə ağrım var, nə acım. HəttaƏbülfət Mədətoğlu qolumdan tutub evləndirsə belə bir söz demərəm. Çünkidünyanın ən gözəl çiçəyinin ətrini duyuram. Dünyanın ən gözəl çiçəyi mənim qəlbimə və iç dünyama əbədi bir nur verir. Buçiçəklər, bu güllər həyatıma yeni rənglər gətirir. Qəlbimdə və ürəyimdə yaşamaqeşqi bir az da alovlanır...

... Hər yaz gələndə güllərin çiçəklərin sevincini görüb sanki Allahabir addım da yaxın oluram. Mənim hər axşam sevə-sevə oxuduğum çox böyük birşair var – Ramiz Rövşən! Və bu gülləri, çiçəkləri görəndə, ətrini ciyərimə çəkəndəyenə böyük şairin "Çiçəklər doğulur bu yaz gecəsi” şeiri yadıma düşür. Və eləbu yaz ağzı da qələmə aldığım mövzunu da həmin şeirin aşağıdakı misralarıylabitirmək istəyirəm:

Çiçəklər doğulur bu yaz gecəsi

bu yaz gecəsində sevməyə nə var?!

Dərsəm güllərini bu gələn yazın,

Sallanıb yellənsəm budaqlarından,

Eşitsəm adımı sevən bir qızın

Hələ öpülməmiş dodaqlarından, -

bu yaz gecəsində ölməyə nə var?!.

TƏQVİM / ARXİV