adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
17 Mart 2019 14:32
15090
İDMAN
A- A+

Millimiz ərəblərlə oynayacaq

2001-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığmasının martın 16-dan 25-dək Bakıda təlim-məşq toplanışı olacaq.

Adalet.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, Samir Əliyevin baş məşqçisi olduğu komanda hazırlıq prosesində 2 yoldaşlıq oyunu keçirəcək. Millimiz martın 22-də və 24-də Birləşmiş Ərəb Əmirliklərinin müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq.

Toplanışa dəvət olunmuş futbolçuların siyahısını təqdim edirik:

Sultanov Elməddin (Qəbələ), Qurbanov Samir (Qəbələ), MəhərrəmovMəhəmməd (Qəbələ), Rzayev Veysəl (Qəbələ), QurbanlıNihad (Neftçi), Əkbərov İnqilab (Neftçi), Əbiyev İlkin (Neftçi), Zülfüqarlıİsmayıl (Neftçi), Əsgərov Vüsal (Neftçi), VerdiyevHikmət (Səbail), QarəhmədovƏdilxan (Səbail), HəsənzadəRaul (Səbail), Tağıyev Elşad (Səbail), Bəşirov Xəlil (Səbail), MəmmədovMurad (Səbail), AğayevƏləkbər (Sumqayıt), AbdullazadəRüfət (Sumqayıt), AbdullazadəSəbuhi (Sumqayıt), Əhmədov Ramin (Zaqatala), QuliyevNihad (Qarabağ), ArazlıAyxan (Qarabağ), RəhimliCavidan (MOİK), XanhüseyinliZahir (Zirə)