Oqtay Əsədov: “2018-ci il ölkəmiz üçün əlamətdar il olub”
"Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən uğurlar hökumətin hesabatında öz əksini tapıb. Ötən il ölkəmizin sosial-iqtisadi həyatında əlamətdar il olub. Ölkə başçısının söylədiyi kimi, 2018-ci il dərin iqtisadi islahatlar ili olub”
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı parlamentin sədri Oqtay Əsədov deyib.
Spiker bildirib ki, nüfuzlu reytinq agentlikləri Azərbaycanda aparılan islahatları yüksək qiymətləndirir: "Kredit reytinqinə görə Azərbaycanın mövqeyi əhəmiyyətli dərəcədə yaxşılaşıb. Ölkənin valyuta ehtiyatı 3 milyard dollar artaraq ilin sonuna 45 milyard dollar olub. İqtisadi islahatların nəticəsidir ki, dünyada mürəkkəb proseslərin getdiyi vaxtda Azərbaycan iqtisadiyyatının dayanıqlığı təmin olunub”.
O.Əsədov qeyd edib ki, ilin əvvəlində minimum əməkhaqqının, əmək pensiyasının, sosial müavinətlərin əhəmiyyətli dərəcədə artırılması xarici valyutada olan kreditlərin artan hissəsi ilə bağlı qərarın qəbul edilməsi 2018-ci ildə həyata keçirilən tədbirlərin nəticəsidir.
Digər Xəbərlər
24 Aprel 2024 20:48
Ali qonağın şərəfinə dövlət ziyafəti YENİLƏNİ
24 Aprel 2024 18:53Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anı
24 Aprel 2024 18:49“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində Laçında keçirilən konfrans yekunlaşı
24 Aprel 2024 14:37Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
24 Aprel 2024 14:36