adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
15 Mart 2019 11:32
6338
GÜNDƏM
A- A+

XİN: Yeni Zelandiyada ölən və yaralananlar arasında azərbaycanlı yoxdur

Yeni Zelandiyada məscidlərin atəşə tutulması nəticəsində ölənlər və yaralılar arasında azərbaycanlıların olması ilə bağlı məlumat daxil olmayıb.

Bu barədə XİN-dən məlumat verilib.

Bildirilir ki , Azərbaycanın eyni zamanda Yeni Zelandiyada akkreditasiya olunmuş Avstraliyadakı Səfirliyi bu məsələ ilə bağlı Yeni Zelandiyanın müvafiq qurumları və bu ölkədəki diaspora nümayəndələri ilə davamlı təmasdadır.

Qeyd edək ki, bu gün səhər saatlarında Yeni Zelandiyanın Kraystçerç şəhərində 2 məscidə silahlı hücum olub. Hadisə nəticəsində 40 nəfər ölüb, 47 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanalara yerləşdirilib.Atəş açanlardan biri- Qrafton şəhərinin sakini Brenton Tarrant hazırda axtarışdadır.Hadisədə şübhəli bilinən daha 4 nəfər saxlanılıb.