adalet.az header logo
  • Bakı 20°C
14 Mart 2019 23:08
8940
MƏMLƏKƏT
A- A+

YENİ QOBUSTANIN FƏRƏHLİ DÖVRÜ

(əvvəli ötən sayımızda)

Rayonda 2018-ci ildə ümumi məhsul buraxılışı 2017-ci illə müqayisədə 8,2 faiz artaraq 178 milyon 669 min 200 manat olmuşdur. Kənd təsərrüfatında bu artım 2,2 faiz təşkil etmişdir.

2018-ci ildə rayonda yerli gəlirlər üzrə mədaxil planı 3 milyon 6 min manat plana qarşı 3 milyon 508 min 6 manat icra olunaraq 116,7 faiz yerinə yetirilmişdir.

2017-ci illə müqayisədə pərakəndə əmtəə dövriyyəsi 3,1 faiz, əhaliyə göstərilən pullu xidmətlər isə 2,8 faiz artmışdır.

Onu da qeyd edək ki, ümumi məhsul buraxılışının 43,0 faizi istehsal sahələrinin payına düşür. Ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun xüsusi çəkisi 97,9 faiz təşkil edir.

Qobustan rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. 2018-ci ildə ümumi məhsul buraxılışının 43 faizi kənd təsərrüfatının payına düşür. Ötən il rayonda 70 min 236 ton taxıl istehsal edilmişdir ki, bu da rayon tarixində ən yüksək göstərici olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 17,0 min ton və ya 31,8 faiz çoxdur. İstehsal olunmuş taxılın 48236 tonunu buğda 22,0 min tonunu arpa təşkil etmişdir. Buğda sahəsi üzrə məhsuldarlıq 23,1 sentner (əvvəlki ildən 1,6 sentner çox), arpa üzrə isə 22,5 sentner (əvvəlki ildən 1,7 sentner çox) olmuşdur. Onu da qeyd edək ki, 2018-ci ildə əkin sahəsinin əvvəlki illə müqayisədə 5835 ha çox olmasına baxmayaraq biçin işləri mütəşəkkil təşkil edilmiş və vaxtında başa çatdırılmışdır.

2019-cu ilin məhsulu üçün rayonun əkinə yararlı 35815 ha torpaq sahəsinin artıq bu il 31183 hektarında taxıl, o cümlədən 22258 ha sahədə buğda, 8925 ha sahədə arpa əkilmişdir ki, bu da əvvəlki dövrlə müqayisədə 247 hektar və ya 3,4 faiz çoxdur. 4632 ha sahə isə yazlıqlar və növbəti əkinlər üçün saxlanmışdır. Qarşıda duran mühüm məsələlərdən biri məhsuldarlığın yüksəldilməsidir.

Rayonda 17 özəl və 2 dövlət toxumçuluq təsərrüfatı fəaliyyət göstərir. Ötən il rayonda 4912 ton yüksək kondisiyalı toxum istehsal olunmuşdur. 2018-ci ildə toxum istehsalçılarına 279 min 800 manat vəsait verilmişdir. Sevindirici haldır ki, hazırda rayonda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən gücü saatda 5 ton olan müasir toxumçuluq zavodunun tikintisinə başlanılmışdır. Bu il zavodun istifadəyə verilməsi gözlənilir.

Rayonda kənd təsərrüfatının inkişaf etmiş sahələrindən biri də heyvandarlıqdır.

2018-ci ildə iribuynuzlu mal-qaranın baş sayı 2,3 faiz artaraq 30 min 798 başa, o cümlədən inək və camışların baş sayı 5,1 faiz artaraq 12 min171 baş olmuşdur. Qoyun və keçilərin baş sayı 0,2 faiz artaraq 191 min 289 başa, quşların baş sayı isə 29,3 faiz artaraq 120 min 426 başa çatmışdır.

2018-ci il ərzində ət istehsalı 1,4 faiz artaraq 6001 ton, süd istehsalı 1,1 faiz artaraq 20,3 min ton, yumurta istehsalı 0,5 faiz artaraq 8,6 milyon ədəd olmuşdur. Hesabat dövründə 366,8 ton yun istehsal edilmişdir ki, bu da 2017-ci ilə nisbətən 1,2 faiz çoxdur. Rayonda heyvandarlığın daha da inkişaf etdirilməsi məqsədilə cins tərkibinin yaxşılaşdırılması mühüm şərtlərdən biridir. Bunun üçün ilk növbədə mal-qaranın cins tərkibi yaxşılaşdırılmalıdır.

Hazırda rayonda 1000 ha sahədə Aqroparkın yaradılması işləri davam edir. Ötən dövr ərzində Aqropark ərazisində icarəçi tərəfindən elektrik xəttinin çəkilişi ilə bağlı işlərə başlanmış, artıq 1,5 km uzunluqda elektrik xətti çəkilmişdir. Ərazidə 200 başlıq ətlik istiqamətli ferma tikintisinin eskiz layihəsi hazırlanmış, tikinti işlərinə başlanılmışdır.Aqroparka gedən 17 km yol əsaslı təmir edilmiş, alt örtüyü hazırlanmış, ərazi tamamilə şumlanaraq təmizlənmiş, sahələrarası yollar qaydaya salınmışdır. Ərazidə işləmək üçün lizinq yolu ilə 4 ədəd traktor, 3 ədəd kombayn, 1 ədəd "Kamaz" markalı avtomobil və zəruri digər kənd təsərrüfatı texnikaları, toxumsəpən, diski, kotan, çiləyici və s. alınmışdır. Torpağın ümumi analizi aparılaraq tərkibi öyrənilmiş, ötən əkin dövründə əraziyə müvafiq şumaltı və yemləmə gübrələri verilərək münbitliyi yaxşılaşdırılmışdır. 2018-ci ildə aqroparkda 400 ha sahədə buğda, 300 ha sahədə arpa əkilmiş, ümumilikdə 1002 ton taxıl istehsal edilmişdir ki, bunun 522 tonunu buğda, 480 tonunu isə arpa təşkil etmişdir. Suvarma təmin edilmədiyi üçün 2018-ci ildə 160 ha buğda, 40 ha arpa sahəsində biçin aparmaq mümkün olmamışdır.

2019-cu ilin məhsulu üçün 500 ha sahədə şum çıxarılmış, 400 ha sahədə isə arpa əkilmişdir.Aqroparkın yaranması rayon sahibkarlarına intensiv taxılçılıq, suvarma əkinçiliyi, müasir heyvandarlıqda əldə olunacaq yüksək nəticələrlə əyani şəkildə tanış olmaq, bu sahələrə investisiya qoyulmasına, rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına bir stimul yaradacaqdır.

Son illərdə rayonda arıçılığa maraq artmışdır. 2018-ci ildə arı ailələrinin sayı 2,8 dəfə artaraq 4109 arı ailəsi olmuş, məhsul istehsalı 66 faiz artaraq 20 tona çatmışdır. 2018-ci ildə 81 mülkiyyətçiyə 1775 arı ailəsinə görə 17750 manat subsidiya verilmiş, 80 mülkiyyətçiyə 1389 arı ailəsinə görə subsidiyanın verilməsi üçün sənədləşmə aparılır.

2018-si ildə rayonun Təsi kəndində fiziki şəxs tərəfindən 20 ha badam bağı salınmışdır, 7000-dək badam ağacı əkilmişdir.

Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2018-ci ildə 5 layihə üzrə 54500,0 manat güzəştli kredit ayrılmış, 9 yeni iş yeri yaradılmışdır.

Əhalinin təbii qazla təminatı istiqamətində Poladlı, Yekəxana, Şıxzahırlı və İlanlı kəndlərinə ilk dəfə təbii qaz verilmiş, qazlaşdırılmış yaşayış məntəqələrində isə 77 abonent təbii qazla təmin edilmişdir. Hazırda rayon əhalisinin 96 faizi təbii qazla təmin edilir.

Son illərdə yol təsərrüfatı rayonda sürətlə inkişaf edir. 2011-ci ilədək Qobustan rayonunda rayon mərkəzi və Cəngi kəndindən başqa heç bir kəndin asfalt örtüklü yolu olmadığı halda, hazırda Cəyirli, Çalov, Xilmillli, Ərəbşalbaş, Çuxanlı, Təklə, Sündü kəndlərinin daxilinədək asfalt yollar çəkilmiş, Nabur, Cəmcəmli, Qurbançı, Ərəbşahverdi və Şıxzahırlı kəndlərinin yolları təmir olunaraq normal vəziyyətə gətirilmişdir. 2018-ci ildə Dərəkənd kəndində 1 km, Ərəbşalbaş kəndində isə yerli sahibkar tərəfindən 0,6 km asfalt örtüklü yol çəkilmişdir. Ümumilikdə, rayon üzrə 84 faiz əhalinin yaşadığı şəhər, qəsəbə və kəndlər asfalt örtüklü yollar üzərində yerləşir. Rayonda rabitə xidməti sahəsində də son illərdə bir sıra işlər görülmüşdür. Hazırda rayonda 91 faiz əhalinin yaşadığı 21 yaşayış məntəqəsinin internetə çıxış imkanları vardır. Telefon çəkilişi 2017-ci illə müqayisədə 7,2 faiz artmış, Cəngi və Təklə Mirzəbaba kəndləri telefonlaşdırılmışdır. 2017-ci illə müqayisədə rayonda internet istifadəçilərinin sayı 329 nəfər və ya 34,1 faiz artmışdır.

Ümumilikdə 2018-ci ildə rabitə sahəsinin inkişafı üçün rayona 214,1 min manat investisiya qoyulmuş, rabitə xidmətlərinin həcmi isə ötən illə müqayisədə 14 faiz artmışdır.

Rayonda əhalinin məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin yaranması, sosial müdafiə məsələləri də daim diqqətdə saxlanılır. Rayonda ötən il 317-si daimi olmaqla, 2893 yeni iş yeri yaradılmışdır. Kənd təsərrüfatı bitkilərinin əkini ilə əlaqədar əlavə olaraq 5253 nəfər müvəqqəti və mövsümi işlə təmin edilmişdir.

(ardı növbəti sayımızda)

Məzahir ƏHMƏDZADƏ