warez script warez forum sanal santral orkide hacklink al musa yıldırım script indir shell indir logsuz shell mavi orkide Script indir PHP Scriptler Adalet.az | İsmayıl Şıxlının 100 illik yubiley tədbiri - FOTOLAR Adalet.az | İsmayıl Şıxlının 100 illik yubiley tədbiri - FOTOLAR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

İsmayıl Şıxlının 100 illik yubiley tədbiri - FOTOLAR

4538    |   2019-03-14 18:12
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional Filialı Kürdəmir rayon Mərkəzi Kitabxanası ilə birgə 14 mart 2019-cu il tarixdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi münasibəti ilə tədbir keçirmişdir.

AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı tədbiri açaraq İsmayıl Şıxlının koloritli xarakterlərə və yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik surətlərlə zəngin yaradıcılığı ilə Azərbaycan xalqının bədii fikir salnaməsinə yeni parlaq səhifə yazmış söz ustalarından biri olmasından danışmışdır.

Sonra İsmayıl Şıxlının həyat və yaradıcılığının əsas məqamlarını əks etdirən qısa slayd nümayiş olunmuşdur.

Kürdəmir rayon 6 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi Flora Əliyeva çıxış edərək İsmayıl Şıxlının yaradıcılığındakı özəlliklərdən, şəxsiyyətindən, şəcərəsindən – Şıxlinskilərdən bəhs etmişdir.

Şairə Yadigar Təvəkkül çıxışını İsmayıl Şıxlı yaradıcılığında milli-mənəvi dəyərlər, xalqın adət-ənənələri, dil və üslubu mövzusuna həsr etmişdir.

Kürdəmir rayon MKS-ın direktoru İradə Mahmudova çıxışında İsmayıl Şıxlının pedaqoji və elmi fəaliyyətindən bəhs etmişdir.

Kitabxananın əməkdaşları Məhinə Şirəliyeva, Məryəm Əliyeva yazıçının sevilən hekayələrindən oxumuşlar.

Tədbirdə İsmayıl Şıxlının "Dəli Kür” romanı əsasında çəkilmiş eyni adlı filmdən fraqmentlər nümayiş etdirilmişdir.




İmza:
SON XƏBƏRLƏR
2019-03-24
2019-03-23
2019-03-20
2019-03-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Doğrudanmı, əmiqızıyla əmioğlunun kəbinini göydə mələklər kəsir?

Hə (78.43%)
Yox (21.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Birlikdə 50 il ömür sürmüş ər-arvad boşanma üçün hakimin qarşısına çıxırlar. Kişinin 77, qadının 75 yaşı var. Hakim:

- 50 il birlikdə ömür sürmüsünüz, ayıb deyilmi, boşanırsınız?

Kişi əsəbiləşir:

- Yoldaş hakim, neynəyib dözmüşəm, sevmişəm deyə səsim çıxmayıb, amma hayasız qudurub, mən yatandan sonra mənim protez dişlərimi geyinib sarımsaq yeyir!





digər lətifələr
ARXİV
FACEBOOK