warez script warez forum sanal santral orkide hacklink al musa yıldırım script indir shell indir logsuz shell mavi orkide Script indir PHP Scriptler Adalet.az | İlham Əliyevin Rumıniyanın Baş nazirinin müavini ilə görüşü oldu Adalet.az | İlham Əliyevin Rumıniyanın Baş nazirinin müavini ilə görüşü oldu Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

İlham Əliyevin Rumıniyanın Baş nazirinin müavini ilə görüşü oldu

2632    |   2019-03-14 18:05
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rumıniyanın Baş nazirinin müavini xanım Ana Birçalla görüşü olub.

Adalet.az xəbər verir ki, xanım Ana Birçal Rumıniya Prezidentinin və Baş nazirinin salamlarını dövlətimizin başçısına çatdıraraq bildirib ki, bu görüş ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafı üçün yeni imkanlar və fürsətlər yaradır. O qeyd edib ki, bu il Azərbaycan ilə Rumıniya arasında strateji tərəfdaşlığın qurulmasının 10 illiyi qeyd olunur.

Dövlət başçısı, öz növbəsində, onun salamlarının Ruminıyanın Prezidentinə və Baş nazirinə çatdırılmasını xahiş edib. Prezident İlham Əliyev qeyd edib ki, xanım Ana Birçalın Azərbaycan ilə Rumıniya arasında əlaqələrin inkişafına verdiyi şəxsi töhfələr və dəstək ölkəmizdə yüksək qiymətləndirilir. Dövlət başçısı deyib ki, ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi, xüsusilə də iqtisadi-ticari əməkdaşlığın təşviqi üçün böyük imkanlar var.

Ana Birçal bildirib ki, keçən il hökumətlərarası müştərək komissiyanın iclası çox məhsuldar olub və bu komissiya ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı baxımından da mühüm rol oyanır.

Görüşdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq əlaqələrinə toxunuldu və ölkələrimizin bir-birini dəstəkləməsi yüksək qiymətləndirilib. Həmçinin bu günlərdə Azərbaycan, Gürcüstan, Rumıniya və Türkmənistan xarici işlər nazirlərinin görüşünün keçirildiyi və burada da nəqliyyat sahəsinin inkişaf etdirilməsinin vacib məsələ olduğu qeyd edilib.

Dövlət başçısı Cənub Qaz Dəhlizinin Məşvərət Şurasında Rumıniyanın iştirakı məsələsinə də toxunub.

Ana Birçal Rumıniyanın Avropa İttifaqı Şurasına sədrlik etdiyi dövrdə Azərbaycan-Avropa İttifaqı əlaqələrinin genişlənməsini yaxından dəstəklədiyini bildirdi.



İmza:

Elmar Məmmədyarov Uruqvay parlamentində müzakirələr aparıb

Prezident İlham Əliyev iraqlı həmkarına başsağlığı verib

Türkiyə Prezidentinin müşaviri: Bəşəriyyətin türk-islam birliyinə, ədalətinə ehtiyacı var

Deputat: "Minnətdarlıq etməyi bacarmırsınızsa, heç olmasa, susun"

Prezident bu qanuna dəyişiklik etdi

“Azərbaycan hökuməti istəyir ki, vətəndaşlar yaxşı yaşasın” - Baş nazirin müavini

Deputatlarımız ABŞ-a səfər edəcəklər

Hikmət Hacıyev Berlində Dağlıq Qarabağ münaqişəsi ilə müzakirələr aparıb

“Müəllifin fantaziyasından başqa bir şey deyil” - Əli Həsənov

Energetika naziri “OPEC plus” tədbiri çərçivəsində bir sıra görüşlər keçirib

Saakaşvili partiya liderliyindən gedir

Milli Məclisin növbəti iclasının GÜNDƏLİYİ

SON XƏBƏRLƏR
2019-03-24
2019-03-23
2019-03-20
2019-03-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Doğrudanmı, əmiqızıyla əmioğlunun kəbinini göydə mələklər kəsir?

Hə (78.43%)
Yox (21.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Birlikdə 50 il ömür sürmüş ər-arvad boşanma üçün hakimin qarşısına çıxırlar. Kişinin 77, qadının 75 yaşı var. Hakim:

- 50 il birlikdə ömür sürmüsünüz, ayıb deyilmi, boşanırsınız?

Kişi əsəbiləşir:

- Yoldaş hakim, neynəyib dözmüşəm, sevmişəm deyə səsim çıxmayıb, amma hayasız qudurub, mən yatandan sonra mənim protez dişlərimi geyinib sarımsaq yeyir!





digər lətifələr
ARXİV
FACEBOOK