warez script warez forum sanal santral orkide hacklink al musa yıldırım script indir shell indir logsuz shell mavi orkide Script indir PHP Scriptler Adalet.az | Nazirlik rəsmisi: “Kinomuzun inkişaf konsepsiyası hazırlanır" Adalet.az | Nazirlik rəsmisi: “Kinomuzun inkişaf konsepsiyası hazırlanır" Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

Nazirlik rəsmisi: “Kinomuzun inkişaf konsepsiyası hazırlanır"

2528    |   2019-03-14 19:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ölkə başçısının "Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” müvafiq Sərəncamının icrası ilə bağlı ciddi işlər görülür.

Sərəncamın 1-ci bəndində Mədəniyyət Nazirliyinə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının və digər aidiyyəti qurumların təkliflərini nəzərə almaqla "Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası”nın hazırlanması tapşırılıb. Sərəncamın sözügedən bəndinin icrası məqsədilə tanınmış kino mütəxəssislərindən, bu sahədə fəaliyyət göstərən ictimai təşkilatların və müstəqil prodüser mərkəzlərinin nümayəndələrindən, dövlətin kino sahəsinə məsul şəxslərindən ibarət İşçi Qrupu yaradılıb.

Ölkədə kinematoqrafiya sahəsində uğurlu fəaliyyət göstərən dövlət və özəl kino istehsalı, eləcə də nümayişi müəssisələrinə, bu sahədəki ictimai təşkilatlara Nazirlik tərəfindən müvafiq məktublar göndərilərək sözügedən Konsepsiya ilə bağlı təkliflərini təqdim etmək xahiş olunub.

Bu barədəMədəniyyət Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətovməlumat verib.

Sərəncamın 2-ci bəndinə əsasən dövlət sifarişi ilə film istehsalını həyata keçirmək, həmçinin milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən şəxslərə dəstək olmaq, onların yaradıcılığını stimullaşdırmaq və yeni yaradıcı qüvvələri kinodramaturgiya sahəsinə cəlb etmək məqsədilə bir sıra müsabiqələrin keçirilməsi nəzərdə tutulub. İlkin olaraq bu günlərdə tammetrajlı bədii film ssenariləri müsabiqəsinin elan olunması istiqamətində iş aparılır.

Nazirlik rəsmisinin sözlərinə görə, növbəti mərhələdə qısametrajlı bədii filmlər, eləcə də sənədli və cizgi filmlərlə bağlı müsabiqələrin, gənc kinematoqrafçılara dəstək məqsədilə müxtəlif layihələrin həyata keçirilməsi planlaşdırılır.

İlkin mərhələdə elan olunacaq bədii film müsabiqəsində hər hansı janr məhdudiyyəti olmadan vətənpərvərlik, milli mənəvi və ümumbəşəri dəyərlər, uşaq və gənclər, eləcə də, müasir həyatın digər prioritet mövzularında ssenarilər iştirak edə biləcək.

İntiqam Hümbətov deyib ki, müsabiqəyə təqdim olunan ssenarilər əsasən tanınmış kino mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

"Sərəncama əsasən ölkədə film istehsalını yüksək səviyyədə təmin etmək məqsədilə dövlət kino müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi istiqamətində də işlərin görülməsi nəzərdə tutulub”,- deyə Mədəniyyət Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vurğulayıb. /azertag.az/



İmza:
SON XƏBƏRLƏR
2019-03-24
2019-03-23
2019-03-20
2019-03-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Doğrudanmı, əmiqızıyla əmioğlunun kəbinini göydə mələklər kəsir?

Hə (78.43%)
Yox (21.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Birlikdə 50 il ömür sürmüş ər-arvad boşanma üçün hakimin qarşısına çıxırlar. Kişinin 77, qadının 75 yaşı var. Hakim:

- 50 il birlikdə ömür sürmüsünüz, ayıb deyilmi, boşanırsınız?

Kişi əsəbiləşir:

- Yoldaş hakim, neynəyib dözmüşəm, sevmişəm deyə səsim çıxmayıb, amma hayasız qudurub, mən yatandan sonra mənim protez dişlərimi geyinib sarımsaq yeyir!





digər lətifələr
ARXİV
FACEBOOK