adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
14 Mart 2019 19:12
21890
MƏDƏNİYYƏT
A- A+

Meksika filmi Azərbaycanda

Meksikanın Azərbaycandakı səfirliyi, "Landmark Cinema” ilə əməkdaşlıq apararaq meksikalı rejissor Alfonso Kuaronun "Roma” filmini təqdim edib.

Bu filmi müxtəlif mükafatlara, eyni zamanda, "Ən yaxşı xarici film”, "Ən yaxşı rejissor” və "Ən yaxşı fotoqrafiya” nominasiyaları üzrə üç "Oskar”a layiq görülüb.

Tədbirə gələn tamaşaçılar ötən əsrin 70-ci illərinin Mexiko şəhərinin həyat və ab-havasını canlandıran bu ekran əsərindən zövq alaraq filmi maraqla seyr ediblər.

Qeyd edək ki, "Roma” filminin premyerası Venesiya Beynəlxalq Film Festivalı çərçivəsində 2018-ci il avqustun 30-da keçirilib və ekran əsəri "Qızıl şir” mükafatına layiq görülüb. Alfonso Kuaronun qələbəsi ilə meksikalı rejissorların uğuru bir daha təsdiqlənib. Son 6 il ərzində İncəsənət və Kinoşünaslıq Akademiyasında seçilmiş ən yaxşı rejissorlardan beşi meksikalıdır./azertag.az/