warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | Uşaqlar üçün təhlükəsiz internet Adalet.az | Uşaqlar üçün təhlükəsiz internet Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / TEXNOLOGİYA

Uşaqlar üçün təhlükəsiz internet

6487    |   2019-03-14 17:42
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ölkəmizdə kibertəhlükəsizlik sahəsində səmərəliliyin və maarifləndirmə səviyyəsinin artırılması və texniki hazırlığın yüksəldilməsi məqsədi ilə 11 - 15 mart tarixlərindəNəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən "Kibertəhlükəsizlik həftəsi” keçirilir. "Azercell Telekom” MMC-nin də fəal iştirak etdiyi "Kibertəhlükəsizlik Həftəsi” çərçivəsində fərqli qurumların dəstəyilə müxtəlif forum və tədbirlər, müsabiqələr təşkil olunur. Mart ayının 13-ü Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən BMT-nin İnkişaf Proqramı ilə birgə "Kibertəhlükəsizlik: bizim ortaq məsuliyyətimiz” mövzusunda VI Regional İnternet İdarəçilik Forumu (RİİF) keçirilib. Forum region ölkələri və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirib.

Tədbirdə "Regionun Kibertəhlükəsizlik Məsələləri”, "Kibertəhlükəsizliyin İnnovativ Həlləri”, "Uşaqlar üçün Təhlükəsiz İnternet” kimi mövzularda sessiyalar təşkil olunub. Hökumət, biznes və diplomatik korpusların səlahiyyətli nümayəndələri, elmi dairələrin və vətəndaş cəmiyyətinin, eləcə də internet ictimaiyyətinin mütəxəssislərinin çıxış etdiyi forumda "Azercell Telekom”MMC-nin Korporativ Ünsiyyət departamentinin rəhbəri Nigar Şıxlinskaya "Uşaqlar üçün təhlükəsiz internet” mövzusunda şirkətin həyata keçirdiyi layihələr barədə danışıb. Nigar Şıxlinskaya çıxışı zamanı ölkənin lider mobil operatoru olan Azercell şirkətinin kiber-təhlükəsizlik və internetdən təhlükəsiz istifadə məsələlərinə həm texniki, həm də Korporativ Sosial Məsuliyyət siyasəti baxımından böyük diqqət ayırdığını bildirib.

Məlumat üçün bidilrək ki, "Kibertəhlükəsizlik həftəsi” çərçivəsində Azercell tərəfindən uşaqlar, valideynlər və müəllimlər üçün internetdən təhlükəsiz istifadə mövzusunda təlimlər təşkil edilir. Artıq mart ayının 4-dən 7-nə kimi Şəmkirdə Azercell-in dəstəyi ilə "Azərbaycan Müəllim İnkişafı Mərkəzi” tərəfindən "İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq” mövzusunda təlim keçirilib. Daha bir təlim isə martın 11-də Gəncə şəhərində başlayıb. Martın 15-nə qədər davam edəcək təlimdə böyüklərlə yanaşı, uşaqların da həyatının ayrılmaz hissəsinə çevrilən internetdə rastlanan təhlükələr barədə məlumat verilir. Burada məktəblilərə kibertəhlükəsizlik anlayışı aşılanır, internetdən gələn təhlükənin dərəcəsi, səbəbləri araşdırılır. Uşaqlar təhlükəsiz portallarla tanış edilir, onlara təhlükəsiz axtarış saytlarından istifadə qaydaları öyrədilir.

Qeyd edək ki, VI Regional İnternet İdarəçilik Forumunun (RİİF) əsas məqsədi daha səmərəli, effektli regional iqtisadi inkişafa və mədəni irəliləyişə nail olmaq üçün internet tətbiqinin müxtəlif yollarını nümayiş etdirməkdir. Forum yerli iştirakçıların beynəlxalq mütəxəssislərlə təcrübə mübadiləsi və əməkdaşlıq qurması, bu sahədə mövcud vəziyyətin, qarşıya qoyulmuş vəzifələrin, müvafiq xarici strukturlara inteqrasiya məsələlərinin birgə müzakirəsi və maraqlı innovativ layihələrin nümayişi üçün ideal platformadı.




İmza:

Bakcell qadınların məşğulluğunun artırılmasına dəstək göstərir

"Azercell" şirkəti “Optimal Elektronika” MMC-nin yeni rəqəmsal tərəfdaşıdır

“Nar” gənclər üçün iş imkanları təklif etməkdə davam edir

“Bakcell”dən eşitmə məhdudiyyətli gənclərin futzal turnirinə dəstək

Azərbaycanda mobil laboratoriyalar istifadəyə veriləcək

Azercell ADA-nın tələbələri üçün master- klass təşkil etdi

“Bakcell”in kampaniyası oktyabra kimi davam edəcək

Azercell-in “Mobil Diş Klinikası” təmənnasız tibbi müayinələrin təşkilini davam etdirir

"Azercell" yeni korporativ tarif planını təqdim edib

Azercell-in dəstəyi ilə Sumqayıtda kibertəhlükəsizlik təlimləri təşkil olunub

Bakcell müharibə veteranlarına həsr olunmuş sərgiyə dəstək göstərib

Azərbaycanda internet ucuzlaşacaq

SON XƏBƏRLƏR
2019-05-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (66.66%)
"Qəbələ" (20%)
"Sumqayıt" (6.67%)
"Zirə" (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK