warez script warez forum sanal santral orkide hacklink al musa yıldırım script indir shell indir logsuz shell mavi orkide Script indir PHP Scriptler Adalet.az | Valideynlərə XƏBƏRDARLIQ! - Uşaqlarınıza bu oyuncaqları almayın Adalet.az | Valideynlərə XƏBƏRDARLIQ! - Uşaqlarınıza bu oyuncaqları almayın Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SAĞLAMLIQ

Valideynlərə XƏBƏRDARLIQ! - Uşaqlarınıza bu oyuncaqları almayın

3024    |   2019-03-14 16:09
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Uşaqlarda yaradıcılığın inkişafı üçün adətən onlara çoxlu oyuncaq alınır. Lakin daha çox oyuncaq uşaqlara mənfi təsir göstərir. Uşaqların ən önəmli faəliyyətlərindən biri məhz oyunlardır. Onların həyatında xüsusi rola malik olan oyuncaqların seçimi isə mühüm əhəmiyyət kəsb edir.

Adalet.az-ın məlumatına görə mövzu ilə bağlı psixoloq Səbinə BayramovaMedicina.az-a bildirir ki, oyuncaq seçimi edərkən, valideynlər həmin oyuncağın uşağın zəka inkişafına dəstəkləyici olmasına diqqət etməlidir: "Öyrədici oyuncaqlar əyləncəli olmaqla yanaşı, uşaqların həm özünü, həm də cevrəsini, ətraf mühiti tanımalarına yardımçı olan vasitələrdədir. Oyuncaqlar uşağın yaşına və inkişafına uyğun seçilməyəndə mənfi təsirlər yaradır. Yəni uşağın yaş və inkişafına uyğun oyuncaq seçimi edildikdə, uşağın inkişafı da onun təsiri ilə irəliləyir”.

Psixoloqun sözlərinə görə, oyuncaqlar uşağın yaşına görə alınmalıdır: "Uşaqlar əgər kiçik yaş dövründədirsə, burada rənglər də rol oynayır. 4 rəng: qırmızı, yaşıl, sarı, mavi. Bu 4 rəng uşağın həm diqqətini korreksiya edir, həm görmə qabiliyyətinin inkişafına kömək edir, həm də intellektual qabiliyyətlərini yüksəldir. Bu səbəbdən əsasən kiçik yaş dövründə bu rəngli oyuncaqlara üstünlük verilməlidir”.

S.Bayramova deyir ki, cürbəcür rənglər uşaqlarda diqqət əskikliyinə yol açır: "Azyaşlı uşaqlara daha az oyuncaq almaq kifayət edir. Kiçik yaşlarında daha az oyuncaq olmalıdır ki, uşaq ona bələd ola bilsin, onu digər şəyalardan ayırd edə bilsin. Körpə uşaqlara 2-3 oyuncaq almaq məsləhətlidir. Getdikcə o, artıq öz oyuncağını tanıdıqdan, ətraf mühiti ayırd etdikdən sonra oyuncaqları artıra bilərsiniz”.

Valideynlər bəzən uşaqlarının oyuncağını sındırmasına əsəbləşir, onlara cəza verirlər. Psixoloq deyir ki, bu, doğru deyil: "Uşaqlar öyrənmək məqsədi ilə oyuncağın içini görmək istəyir, onu açır, sökür, içinə baxmaq istəyir. Bu, əslində normal haldır. Əksinə uşaq sakit davransa, heç bir araşdırma aparmasa, oyuncaqdan bu şəkildə istifadə etməsə, bu zaman narahat olmaq lazımdır. Belə nüanslarda uşaqlar yaşıdlarından geri qalır".

Əksər valideynlər övladlarının oynadığı oyuncaqlarda cins etibarilə ayrıcalıq edirlər. "Sən oğlansan, qız oyuncağı ilə oynama və yaxud əksinə. Valideyn bu durumu müşahidə etdikdə təşvişə düşür. Psixoloq bu narahatlığın əsassız olduğunu qeyd edir: "Qadağalar balacaların həmin oyuncaqlara marağını daha da artırır. Çünki oğlan uşaqlarının da qız uşaqlarının da həyatlarında həm qadın, həm kişi var. Anaları ataları... Ümumiyyətlə, oyuncaq uşaqlarda fiziki, zehni, psixoloji təsirlərə malik olduğu üçün bir çox məqamlara diqqət etmək lazımdır. Birinci növbədə uşağın yaşı nəzərə alınmalıdır. İti kənarları olan zərərverici oyuncaqlardan uzaq durmaq lazımdır. Azyaşlı uşaqlara kiçik hissələrə parçalanan oyuncaqlar vermək olmaz. Kimyəvi boyalardan istifadə olunan oyuncaqların uşaqlara verilməsi məsləhətli deyil. Ümumiyyətlə, zərər verməyən oyuncaqlar olması məsləhətlidir. Elektronik oyuncaqlar uşaqların təkbaşına oynamasına yol açır. Bu da onların sosiallaşmasının qarşısını alır. Bu baxımdan belə oyuncaqlar da məsləhətli hesab olunmur”.



İmza:

İnfarkt keçirən insana necə kömək etməli? - TƏLİMAT

Şəkərli diabet xəstəliyinin yayılması, müalicəsi və profilaktikası haqqında fikirlər

Səhiyyə Nazirliyinə 6,8 milyon ayrıldı - SƏRƏNCAM

Metro vaqonlarında əlillər üçün xüsusi oturacaqlar quraşdırılır

Dönərdən zəhərlənən tələbələrdən YENİ XƏBƏR

Valideynlərə XƏBƏRDARLIQ! - Uşaqlarınıza bu oyuncaqları almayın

Azərbaycanda satılan bu uşaq yeməkləri xərçəng yayırmış - DƏHŞƏTLİ FAKT

Meyit donordan bu orqanlar köçürülə bilər - SİYAHI

Azərbaycanda 6 minə yaxın uşaq autizm xəstəliyindən əziyyət çəkir

Azərbaycanda donorlara güzəşt tətbiq ediləcək

Mehriban Əliyeva Fransanın Milli Xərçəng İnstitutunun təsisçisi professor David Hayat ilə görüşüb

Qohum olmayan şəxslər donor ola biləcək

SON XƏBƏRLƏR
2019-03-24
2019-03-23
2019-03-20
2019-03-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Doğrudanmı, əmiqızıyla əmioğlunun kəbinini göydə mələklər kəsir?

Hə (78.43%)
Yox (21.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Birlikdə 50 il ömür sürmüş ər-arvad boşanma üçün hakimin qarşısına çıxırlar. Kişinin 77, qadının 75 yaşı var. Hakim:

- 50 il birlikdə ömür sürmüsünüz, ayıb deyilmi, boşanırsınız?

Kişi əsəbiləşir:

- Yoldaş hakim, neynəyib dözmüşəm, sevmişəm deyə səsim çıxmayıb, amma hayasız qudurub, mən yatandan sonra mənim protez dişlərimi geyinib sarımsaq yeyir!





digər lətifələr
ARXİV
FACEBOOK