adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
14 Mart 2019 16:04
6758
GÜNDƏM
A- A+

Vüsal Məmmədov: "Ən yaxşısı sosial şəbəkəyə girişimizə limit qoymaqdır"

Dünən facebookda yaşanan problemlər insanlar tərəfindən etirazla qarşılandı. Adalet.az saytı olaraq bununla bağlı Azvision.az saytının baş redaktoru, facebookdan aktiv istifadə edən Vüsal Məmmədovdan münasibət öyrəndik.

- Facebookun bağlanmağı sizə yaxud da cəmiyyətə nə kimi təsir edə bilər?

- Çox xoşbəxt olaram. Mənalı işlərə, kitab oxumağa daha çox vaxt qalar. Bu yaxınlarda "Rəqəmli meymunun əhliləşdirilməsi" adlı kitab oxumuşdum. Orada izah olunurdu ki, niyə insan şüuru sosial şəbəkəyə girəndə özünü budaqdan-budağa tullanan meymun kimi aparır. Bu, bizdən asılı deyil, o meymunu əhliləşdurmək də əsasən mümkünsüzdür. Ən yaxşısı sosial şəbəkəyə girişimizə limit qoymaqdır. Mən işimlə bağlı bunu edə bilmirəm, amma dünən axşam feysbukun problem yaşadığı müddətdə iki-üç saat çox gözəl həyat yaşadım.