adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
14 Mart 2019 12:50
7341
MƏMLƏKƏT
A- A+

Nazir: "Bir neçə il öncə Bayıl yamacının bir hissəsi müvəffəqiyyətlə bərpa edilib"

"Badamdar və Bayıl sürüşmə sahələrində tədqiqat işləri aparılması üçün Yaponiyadan mütəxəssislər dəvət olunub. Bu ərazilərdə tədqiqat üçün quyular qazılır".

ONA-nın xəbərinə görə, bunu fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov deyib.

Nazir qeyd edib ki, bir neçə il öncə Bayıl yamacının bir hissəsi müvəffəqiyyətlə bərpa edilib, hazırda Zığ, Əhmədli, Bayıl sürüşmə sahələrində mütəxəssislər tədqiqat işləri aparır: "Tədqiqatlar bitdikdən sonra həmin ərazilərlə bağlı yekun qərar veriləcək".