adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
15 Mart 2019 09:23
14153
SİYASƏT
A- A+

LAVROV RUSİYA VƏTƏNDAŞLARININ MƏNAFEYİNİ BELƏ QORUYURSA…

Rusiya vətəndaşı olan Dilqəm Əsgərov heç Ermənistana getməyib ey, gəlib Azərbaycana, gedib kəndlərinə əzizlərinin qəbrini ziyarət etməyə. Ermənilər tutub ömürlük həbs cəzası veriblər. Bəs, niyə ağzına su alıb oturmusan? Niyə vətəndaşının hüququnu müdafiə etmirsən?

«Lider» televiziyasının müxbiri Anar Həsənov məlum mətbuat konfransında Lavrova ciddi bir sual vermişdi və bu sual Lavrovun bərk xətrinə dəydiyindən müəyyən açıqlamalar verməyə məcbur oldu və jurnalist işsiz qaldı.

İndi çox şey yazaram ey, amma işsiz qalmaqdan qorxuram.

P.S. Həmin mətbuat konfransındakı süjeti saytımızda izləyə bilərsiz. Dilqəm Əsgərovla bağlı verdiyi sualı isə sabahkı saytımızda izləyə bilərsiz.