adalet.az header logo
  • Bakı 18°C
15 Mart 2019 09:27
11434
SİYASƏT
A- A+

GƏLƏCƏK, ANBARDAR MƏMMƏDXAN DA GƏLƏCƏK

Ermənilər Bakını su yoluna döndərib. Gəlirlər, gəzirlər, gedib qonşularını tapırlar, sağ olsunlar, qonşuları onlara gözəl süfrə açır, yeyib-içib köhnə günləri yada salıb ağlaşırlar. Hətta gəlib azərbaycanlını məhkəməyə verib evlərindən çıxartdırırlar, kiməsə kirayə verib yenə çıxıb gedirlər.

Hələ nəsə bir platforma var, o platformaya minib gələnlər işlə, evlə də təmin olunurlar. Bizim bəzi siyasətçilər ermənilərin quşun götürməkdən yorulublar. Lavrov da deyir ki, Azərbaycan Rusiya vətəndaşı olan erməniləri niyə ölkəyə buraxmır? Birincisi, qadoyu alım, nə vaxt gəldilər, buraxmadıq? İkincisi, Azərbaycan öz ölkəsinin təhlükəsizliyini heç düşünməməlidi? Üçüncüsü…

Üçüncüsünü gərək ayrıca yazam ey.