adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
15 Mart 2019 09:30
19636
MARAQLI
A- A+

KƏRBƏLAYININ OĞLU YƏDULLANIN MÜSİBƏTİ BELƏ OLMAMIŞDI

80-ci illərin sonu, 90-cı illərin əvvəllərində çörək qıtlığı, benzin qıtlığı olanda millət belə təlaşa düşməmişdi ki, martın 13-də axşam düşdü. Allah, sən saxla. Məsələ bir az uzansaydı millətin yarısı infarkt olacaqdı. Trollar saçlarını yolurdular, söyüş sifarişini yerinə yetirə bilmirdilər.

Məsələ nədi? Sosial şəbəkələr bir neçə saat dondu, işləmədi. Hətta deyəsən, telefonlarda da problem yarandı. Belə aydın oldu ki, sosial şəbəkələr çörək, su qədər, hava qədər qiymətliymiş.

Mark bir az məzələndi, bir eksperiment keçirtdi, tək bizim yox, millətlərin nəbzini yoxladı. Təbii ki, Mark deyəndə ABŞ. Hər şeyi başa düşdüm, bu «nöqtə» nədi başa düşmədim. Hamı «nöqtə» istəyirdi. Kimsə də yaxşı məzə tutmuşdu ki, Çin təcili neçə vaqon «nöqtə» göndərib Sədərək bazarına.