warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | Rusiya XİN təxribatına etiraz - SORĞU Adalet.az | Rusiya XİN təxribatına etiraz - SORĞU Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Rusiya XİN təxribatına etiraz - SORĞU

8991    |   2019-03-14 15:08
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Rusiya XİN növbəti anti-Azərbaycan bəyanatı ilə çıxış edərək, ölkə vətəndaşlarına Azərbaycana səfər etməyi məsləhət görməyib. Səbəb kimi Azərbaycanın erməni əsilli Rusiya vətəndaşlarına ölkəyə girişə icazə verməməsi göstərilir.

Adalet.az məsələylə bağlı millət vəkilləri və politoloqlardan münasibət öyrənib. Cavabları təqdim edirik.



Millət vəkili, professor Eldar İbrahimov: "Ötən əsrin 90-cı illərinin əvvəllərindən, Yeltsin hakimiyyəti dönəmindən fərqli olaraq, son 15-20 ildə Azərbaycan-Rusiya münasibətləri, bəzi istisnaları nəzərə almasaq, hər zaman yüksələn xətt üzrə inkişaf və davam edib.

Münasibətlərin belə bir səviyyəyə gəlib çatmasında, heç şübhəsiz ki, ulu öndər Heydər Əliyevin və son 16 ildə onun siyasətinin layiqli davamçısı, ölkə prezidenti İlham Əliyevin, o cümlədən, Rusiya Federasiyasının prezidenti Vladimir Putinin böyük xidmətləri var.

İndi bunların fonunda Rusiya xarici siyasət idarəsinin belə bir bəyanat verməsi bu münasibətlərin ruhuna zidd olan bir addımdır. Bu gün Azərbaycan Ermənistanla müharibə vəziyyətindədir, bu təcavüzkar ölkə tərəfindən torpaqlarımız hələ də işğal altında saxlanılır, sülh danışıqlarının müsbət sonluqla nəticələnməməsi üçün onlar tərəfindən hər cür təxribatçılıq əməllərinə əl atılır. Elə bunlardan biri baş nazir Nikol Paşinyanın format oyunudur. O, bu məsələni, danışıqlar prosesinin formatının dəyişdirilməsini təklif etməklə, əslində, münaqişənin həllində heç cür maraqlı olmadıqlarını, əksinə, status-kvonun bundan sonra da illər uzunu davam etməsinə cəhd etdiklərini açıq şəkildə bir daha ortaya qoymuş olur.

Münasibətlərin belə bir durumunda erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycana girişinə icazə verilməsini gözləmək, doğrudan da, sadəlövhlük olardı. Yəni bu gün Azərbaycan cəmiyyətində işğal faktı ilə bağlı ermənilərə - hansı ölkənin vətəndaşı olmalarından asılı olmayaraq - eləcə də, Ermənistana hansı münasibət olduğunu təsəvvür etmək çox da çətin deyil.

Xüsusilə Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı vasitəçilik missiyasını yerinə yetirən həmsədr dövlətlərdən biri kimi Rusiyanın, onun bəzi dairələrinin bunu anlamaması qeyri-mümkün və inandırıcı deyil. Onlar yaxşı bilirlər ki, Azərbaycan cəmiyyəti bu məsələyə necə həssaslıqla yanaşır. Eyni zamanda, məgər Ermənistan Azərbaycan əsilli Rusiya vətəndaşlarına öz qapılarını taybatay açıbmı ki, biz da açaq? Bunun nümunəsini bizə göstərə bilərlərmi?




Deputat Araz Əlizadə: "Bu qərara münasibətim mənfidir. Bu tamamilə dərrakəsiz, düşünülməmiş bir xəbərdarlıqdır Rusiya vətəndaşlarına. Əgər rəsmi dəvət almayıblarsa Azərbaycan vətəndaşlıqdan asılı olmayaraq ermənilərin Azərbaycana gəlməyini qadağa edib. Erməni əsilli rus vətəndaşlarını Azərbaycana buraxmırlar. Azərbaycan əsilli rus vətəndaşlarını Ermənistanda həbs edib saxlayırlar. Rusiya cınqırını da çıxarmır. Lakin burda nədənsə öz vətəndaşlarının hüquqları yadlarına düşür. Necə ki, Britaniya Dünya Çempiontaından əvvəl tövsiyə edirdi ki, vətəndaşları Rusiyaya gəlməsinlər. Bunlar da Avropa Liqasını finalından əvvəl belə bir addım atırlar. Və düşünmürəm ki, Rusiyanın XİN-i Lavrovun müraciətindən sonra Azərbaycana Rusiya vətəndaşları gəlməyəcək."


Deputat Fazil Mustafa: "Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat verə bilməz ki, Rusiyaya getməyin, orada da sizin başınıza iş gələr. Çünki bu cür bəyanat qətiyyən ciddi qarşılanmaz. O zaman burada insanlarımızın sosial vəziyyəti daha da acınacaqlı olar. Bölgələrdə onminlərlə insan Rusiyadan yaxınlarının göndərdiyi vəsaitlə ayaqda güclə dura bilir. Yəni bu sözləri deyə bilmək üçün Azərbaycan vətəndaşına məhz Azərbaycanda işləyib qazanmaq imkanı yaratmalıyıq ki, mühacirətə axın etməsinlər, qabiliyyət və enerjilərini öz ölkələrində gerçəkləşdirə bilsinlər. Əlbəttə, daha yüksək rifah arzulayanların mühacirəti qaçınılmazdır, bir çox hallarda hətta faydalıdır. Lakin günlük çörək üçün Rusiyanın, Türkiyənin, Birləşmiş Ərəb Əmirliklərinin, Avropanın qapılarında ayaq döymək kimsə üçün arzulanan durum sayıla bilməz. Uzaqbaşı, biz də belə bir bəyanat verə bilərik ki, Azərbaycan vətəndaşları da çalışıb övladlarını rus bölmələrinə kütləvi şəkildə göndərməsinlər, ana dillində təhsil almağa daha çox diqqət yetirsinlər. Rus dilini də ingilis dilini də mütləq öyrənməliyik. Bunun məktəbdənkənar variantlarına üstünlük verməliyik. Unutmayaq ki, ana dilində təfəkkürün formalaşması olduqca önəmlidir. Biz uşağı tərcüməçi kimi deyil, düşünən insan kimi yetişdirməliyik. Ana dilində uşaqların təfəkkürü daha asan formalaşa bilir. Yəni Rusiyaya söz deməyə gücümüz yetərli deyil, heç olmasa, öz-özümüzə gərəkli olan sözü anladığımız dildə deməyə cəsarət edək”.




Politoloq Elçin Mirzəbəyli: "Bu, Rusiya Xarici İşlər Nazirliyində hörümçək toru qurmuş tam və yarı ermənilərin növbəti təxribatıdır. Rusiyadan Azərbaycana turist axınının olması, ölkəmizə turizm və işgüzar məqsədlərlə səfər edən Rusiya vətəndaşlarının vətənimizlə bağlı xoş təəssüratlarını dilə gətirmələri Ermənistan Xarici İşlər Nazirliyi ilə sinxron rejimdə çalışan Rusiya XİN-in bəzi dairələrini narahat edir. Azərbaycan Rusiya vətəndaşının pasportu ilə ölkəmizə səfər edən, əslində isə həm də Ermənistan vətəndaşı olan şəxsləri ölkəmizə buraxmır və bu mövqe tamamilə hüquqi əsasları olan bir mövqedir. Rusiya vətəndaşının pasportunu daşıyan əksər ermənilərin ikili vətəndaşlığı var. Rusiya qanunvericiliyi ikili vətəndaşlığı yasaq etmir, Ermənistan qanunvericiliyi isə təşviq edir. İndi Rusiya Xarici İşlər Nazirliyinin qərəzli, Azərbaycana düşmən kəsilmiş nümayəndələri bunu ”etnik əlamətə görə ayrı-seçkilik" kimi qiymətləndirirlərsə, bu onların öz problemidir. Yaxşı olardı ki, Rusiya Ermənistandakı etnik ayrı-seçkiliyə nəzər yetirsin. Ermənistanda Rusiyanın hərbi bazalarında çalışan Rusiya vətəndaşları istisna olmaqla, 1 nəfər də olsun rus və qeyri-millətin nümayəndəsi yaşamır. Bu ölkədə Rusiyaya və rus dilinə olan münasibət də ortalıqdadır. Erməni əsilli Rusiya vətəndaşlarının böyük əksəriyyətinin eyni zamanda Ermənistan vətəndaşlığı da var. Əgər təxminən 30 dəqiqə ərzində bu rəqəmləri hesablayıb nəticə çıxarmaq mümkündürsə, deməli, bunu Rusiyanın müvafiq dövlət qurumlarında kök salmış ermənilər və onların havadarları da çox yaxşı bilirlər. Onu da yaxşı bilirlər ki, Azərbaycan məhz bu amili nəzərə alıb işğalçı ölkənin vətəndaşlarını öz sərhədlərindən içəri buraxmır.”



Politoloq Nəzakət Məmmədova: "Azərbaycan müstəqil dövlətdir, xarici vətəndaşların ölkəyə girişinə icazə məsələsi bizim öz daxili işimizdir. Əgər hər hansı şəxs, o cümlədən Rusiya vətəndaşı olan ermənilər Azərbaycana buraxılmayıbsa, deməli Azərbaycan tərəfinin təhlükəsizlik tərəfindən bir əndişəsi olub ki, onlar buraxılmayıb. Azərbaycanda dəfələrlə ermənilər tərəfindən terror gerçəkləşdirilib. O da mümkündür ki, Ermənistan xüsusi xidmətinin agenti olan ermənilər məqsədli şəkildə Rusiya vətəndaşlığı alıb Azərbaycana daxil olmaq istəsin. Yaxud Rusiya vətəndaşı olan ermənilərin Ermənistan Milli Təhlükəsizlik Xidmətinin agenti olaraq Azərbaycana göndərilməsi tamamilə mümkündür. Başqa bir tərəfdən Dilqəm Əsgərov da Rusiya vətəndaşdır, əsassız olaraq girovluqda saxlanılır. Rusiya nə üçün bununla bağlı bir bəyanat vermir?!Siz indiyədək Rusiya vətəndaşı olan azərbaycanlının Ermənistana sərbəst buraxılması barədə nəsə eşitmisiniz?! Ümumiyyətlə, bu Rusiyadakı ermənilər niyə Azərbaycana maraq göstərir, bura gəlməyə can atırlar?! Onların buraya gəlməyə canfəşanlıq göstərməyinin özü şübhəlidir. Rusiyanın bunu təkidlə gündəmə gətirməsi də şübhəlidir. Onsuz da Bakıda 30 min erməni yaşayır, bizim borcumuz deyil ki, dayanmadan erməni idxal edək."



İmza:Sübhan

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi təbrik edib

Deputat: Öz partiyasında siyasi nüfuzu olmayan Əli Kərimlinin hakimiyyət iddiaları gülüncdür

Ziyafət Əsgərov: "Azərbaycan hər zaman terrora qarşı mübarizənin önündə gedən dövlətdir"

Diaspor Komitəsi Fuad Abbasovla bağlı açıqlama yaydı

İcma rəhbəri: Qarabağdakı xristian-katolik və pravoslav kilsələri erməniləşdirilir

Növbədənkənar iclasların vaxtı dəqiqləşdi

Səməd Seyidov Parisə gedir - AŞ PA-nın iclası keçiriləcək

Azərbaycanlı deputat Paşinyanı küçə uşağı adlandırdı

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Deputatlar Fuad Abbasovun müdafiəsinə qalxdılar: “XİN münasibət bildirməlidir!”

Vahid Əhmədov: “İslahatın məgər buynuzu olur?”

Samir Şərifov: "Azərbaycan ÜDM-də xarici borcun həcmini 17 faizədək azaldıb"

SON XƏBƏRLƏR
2019-05-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (66.66%)
"Qəbələ" (20%)
"Sumqayıt" (6.67%)
"Zirə" (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK