“Həmsədrlərin bəyanatı Ermənistana ünvanlanıb” – Hikmət Hacıyev
"ATƏT-in Minsk qrupu həmsədrlərininson bəyənatındakı bəzi fikirlər Azərbaycanın da mövqeyini əks etdirir. Hesab edirik ki, həmin bəyənat da məhz Ermənistana ünvanlanmışdı".
Adalet.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ATƏT-in Minsk qrupu həmsədrlərininson bəyənatını şərh edərkən deyib.
O qeyd edib ki, bəyənatda danışıqlar üçün hansısa şərtin qoyulması, yaxud da danışıqların formatının dəyişdirilməsi kimi məqamlar və cəhdlərin qəbuledilməz olduğu bildirilib:
"Danışıqlar olduğu formatda davam etdirilməlidir. Həmçinin danışıqlar getdiyi zaman nəticələr barədə hansısa aqressiv, ritorika əsasında fikirlərin söylənilməsi də qəbul edilən yanaşma deyil".