warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | Azərbaycan Prezidenti Əfqanıstan Prezidenti ilə görüşüb - YENİLƏNİB Adalet.az | Azərbaycan Prezidenti Əfqanıstan Prezidenti ilə görüşüb - YENİLƏNİB Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Azərbaycan Prezidenti Əfqanıstan Prezidenti ilə görüşüb - YENİLƏNİB

5301    |   2019-03-14 14:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Martın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev VII Qlobal Bakı Forumunda iştirak edən Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşüb.

Əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev ilə Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani arasında təkbətək görüş olub.

Təkbətək görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələri, o cümlədən iqtisadi əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam etdirilib.

Dövlət başçısı Əfqanıstan Prezidentinə Azərbaycana səfərinə və VII Qlobal Bakı Forumunda iştirakına görə minnətdarlığını bildirib. Bu səfərin ölkələrimiz arasında iqtisadi, ticarət, enerji və digər sahələrdə əməkdaşlıq üçün yeni fürsətlər yaradacağını qeyd edib, həmçinin ölkələrimizin nəqliyyat sahəsində əməkdaşlığının ikitərəfli əlaqələrin inkişafı baxımından yeni imkanlar yaratdığını vurğulayıb. Dövlət başçıları arasında mütəmadi qarşılıqlı görüşlərin keçirilməsinin əhəmiyyəti qeyd olunub.

Görüşdə prezidentlər tərəfindən Azərbaycanın Əfqanıstanda sülhün, təhlükəsizliyin və sabitliyin təmin olunmasına verdiyi töhfələr yüksək qiymətləndirilib.

Prezident Məhəmməd Əşrəf Qani, ilk növbədə, Lapis-Lazuli nəqliyyat layihəsinə verdiyi dəstəyə görə Azərbaycana təşəkkürünü ifadə edib və nəqliyyat sahəsində ölkələrimizin əməkdaşlığını yüksək qiymətləndirib.

Əfqanıstan Prezidenti əlaqələrin inkişafı baxımından enerji, nəqliyyat, tikinti, iqtisadiyyat, ticarət, təhsil, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın vacibliyinə toxundu, bu sahələrdə əlaqələrin inkişafı üçün böyük perspektivlərin olduğunu deyib.

Sonra prezidentlər İlham Əliyevin və Məhəmməd Əşrəf Qaninin iştirakı ilə Azərbaycan-Əfqanıstan sənədləri imzalanıb.

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Əfqanıstanın Dəmir Yolları İdarəsi "ARA” arasında əməkdaşlıq haqqında Niyyət Memorandumu”nu "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov və Əfqanıstanın maliyyə naziri vəzifəsini icra edən, Prezidentin infrastruktur və texnologiyalar üzrə müşaviri Mohammad Hamayun Qayumi imzalayıblar.

"Azərbaycan Respublikası Hökuməti ilə Əfqanıstan İslam Respublikası Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və Əfqanıstanın maliyyə naziri vəzifəsini icra edən, Prezidentin infrastruktur və texnologiyalar üzrə müşaviri Mohammad Hamayun Qayumi imzalayıblar.

"Azərbaycan Respublikası Hökuməti ilə Əfqanıstan İslam Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev və Əfqanıstanın informasiya və mədəniyyət nazirinin vəzifəsini icra edən Hasina Safi imzalayıblar.

***

Martın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev VII Qlobal Bakı Forumunda iştirak edən Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşüb.

Adalet.az xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev ilə Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani arasında təkbətək görüş olub.

Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam etdirilib.

Görüşdə ikitərəfli əlaqələr, həmçinin iqtisadi sahədə münasibətlərin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonra Azərbaycan-Əfqanıstan sənədləri imzalanıb.




İmza:

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi təbrik edib

Deputat: Öz partiyasında siyasi nüfuzu olmayan Əli Kərimlinin hakimiyyət iddiaları gülüncdür

Ziyafət Əsgərov: "Azərbaycan hər zaman terrora qarşı mübarizənin önündə gedən dövlətdir"

Diaspor Komitəsi Fuad Abbasovla bağlı açıqlama yaydı

İcma rəhbəri: Qarabağdakı xristian-katolik və pravoslav kilsələri erməniləşdirilir

Növbədənkənar iclasların vaxtı dəqiqləşdi

Səməd Seyidov Parisə gedir - AŞ PA-nın iclası keçiriləcək

Azərbaycanlı deputat Paşinyanı küçə uşağı adlandırdı

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Deputatlar Fuad Abbasovun müdafiəsinə qalxdılar: “XİN münasibət bildirməlidir!”

Vahid Əhmədov: “İslahatın məgər buynuzu olur?”

Samir Şərifov: "Azərbaycan ÜDM-də xarici borcun həcmini 17 faizədək azaldıb"

SON XƏBƏRLƏR
2019-05-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (66.66%)
"Qəbələ" (20%)
"Sumqayıt" (6.67%)
"Zirə" (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK