adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
14 Mart 2019 14:30
6239
SAĞLAMLIQ
A- A+

Azərbaycanda satılan bu uşaq yeməkləri xərçəng yayırmış - DƏHŞƏTLİ FAKT

Azərbaycanda da məhsulları satılan məşhur uşaq qidalarının istehsalçısı "Johnson&Johnson” şirkəti ilə bağlı şok məhkəmə qərarı çıxarılıb.

Medicina.azxəbər verir ki, ABŞ-ın Kaliforniya ştatının məhkəməsi şirkəti 29 milyon dollar cərimələyib.

Cərimənin səbəbi isə dəhşətlidir: şirkətin istehsal etdiyi uşaq pudrasının tərkibində xərçəng yaradan kimyəvi maddələr istifadə edilib.

Xəbərdə bildirilir ki, məhkəməyə müraciət edən amerikalı qadın "Johnson&Johnson” şirkətinə məxsus uşaq pudrasının tərkibində xərçəng yaradan maddələr olduğunu iddia edib. Məhkəmə isə şikayəti araşdırıb və qadını haqlı hesab edərək, şirkətə ağır təzminat cəzası verib.

Qeyd edək ki, analoji hal ötən il də qeydə alınmışdı. ABŞ-ın Los-Anceles ştatının məhkəməsi adıçəkilən şirkəti 25,7 milyon dollar cərimələmişdi. Səbəb isə şirkətin istehsal etdiyi uşaq yeməklərində xərçəngə səbəb olan maddələrin istifadəsi idi.