warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | Keçmiş nazirlər Hafiz Hacıyevə 10 ayaqqabı aldı: "Satıb çörəkpulu edəcəm" Adalet.az | Keçmiş nazirlər Hafiz Hacıyevə 10 ayaqqabı aldı: "Satıb çörəkpulu edəcəm" Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MARAQLI

Keçmiş nazirlər Hafiz Hacıyevə 10 ayaqqabı aldı: "Satıb çörəkpulu edəcəm"

5568    |   2019-03-14 14:28
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin "Yeni Müsavat”ın canlı yayımında ADP sədri Sərdar Cəlaloğlu ilə debatı zamanı nimdaş ayaqqabısını çıxarıb izləyicilərə nümayiş etdirməsi marağa səbəb olub. Partiya sədri kasıb olduğunu, sökülən kostyumunu 13 manata aldığını, ayaqqabısını isə 10 yerdən tikdirdiyini söyləyib.

Canlı yayım gedə-gedə bir sıra izləyicilər şərh bölümünə rəylər yazaraq H.Hacıyevə ayaqqabı almaq istədiklərini bildiriblər. Amma bununla belə, onu ələ salan, fikirlərinə rişxəndlə gülüb statuslar paylaşanlar da olub.

Xüsusilə müxalif kəsim H.Hacıyevə daha çox sərt statuslar həsr edir.

Lent.az-ın məlumatına görə, H.Hacıyev artıq 10 nəfərin ona ayaqqabı aldığını söyləyib: "O çıxışımdan sonra çoxsaylı müraciətlər olub. Keçmiş nazirlər, komsomol katibi işləmiş dostlarım var. Hərəkat dövründən dostluğumuz davam edənlər də az deyil. Sağ olsunlar, hər zaman mənə kömək edirlər. Artıq 10 nəfər ayaqqabı alıb, qərargahıma gətirib. Onların hər birinə minnətdaram. Bundan sonra da kömək etməyə hazır olduqlarını bildirirlər. 10 ayaqqabıdan yəqin birini geyinərəm, qalanlarını satıb çörəkpulu edərəm. Heç nədən utanmıram. Nazir olduğum dönəmlərdə necə işlədiyimi, bir dəfə də olsun rüşvət almadığımı yaxşı bilirlər. Xalqım necə yaşayırsa, mən də elə yaşayıb öləcəm. Göygöldə limonad seximin olduğu barədə yalan məlumatlar yayırlar. Əgər belədirsə, həmin sexi onlara verirəm. Mənim nəyimin olub-olmadığını xalqım yaxşı bilir. Partiyamız ianələr hesabına fəaliyyət göstərir. Üzvlük haqqına heç zaman əl ata bilmərəm. Zirzəmi kimi bir yerdə qərargahımız var. Bunu hər kəs görüb. Partiya kimi fəaliyyət göstərmək o qədər çox vəsait tələb etmir. Özümü dolandırmaq üçün 7-ci mikrorayonda ”moyka"da avtomobil belə yuyurdum. Həmin "moyka”nı da bağladılar. Heç olmasa, axşamlar maska taxıb maşın yuyurdum, 15-20 manatım olurdu. Bunu da əlimdən aldılar. Taleyimiz belə gətirib, bundan ötrü gedib özümüzü öldürəsi deyilik".



İmza:
SON XƏBƏRLƏR
2019-05-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (66.66%)
"Qəbələ" (20%)
"Sumqayıt" (6.67%)
"Zirə" (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK