warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | Tarix İnstitutu “Bakı-İstanbul” liseyini himayəyə götürüb Adalet.az | Tarix İnstitutu “Bakı-İstanbul” liseyini himayəyə götürüb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

Tarix İnstitutu “Bakı-İstanbul” liseyini himayəyə götürüb

4462    |   2019-03-14 13:02
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu Elmi Şuranın növbəti iclasını "Bakı-İstanbul” liseyində keçirib.

Tarix İnstitutundan Adalet.az-a verilən məlumata görə, əvvəlcə institutun nəşrlərindən ibarət sərgi ilə tanışlıq olub.

"Bakı-İstanbul” liseyinin direktoru Zeliha Abdullayeva Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun rəhbərlik etdiyi Elmi Şura üzvlərinə lisey barədə ətraflı məlumat verib.

Zeliha Abdullayeva bildirib ki, məqsəd şagirdlərin əqli inkişafı ilə yanaşı, mədəni-mənəvi inkişafına da xidmət etməkdir.

Elmi Şuranın iclasında Yaqub Mahmudov qeyd edib ki, liseyin proqramı ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət” fəlsəfəsi əsasında qurulub: "Tarixinə sahib çıxmayan xalq məhvə məhkumdur. Tarixinə sahib çıxan xalq isə yenilməzdir”.

Yaqub Mahmudov deyib: "Milli kimliyimizi qorumağın və müasir çağırışlara cavab verməyin yalnız bir yolu var - bu yol mükəmməl təhsildən keçir. Bu gün dünya zəka ilə, beyin ilə fəth olunur. Amma təkcə bilikli olmaq azdır, vətənin adını ucaltmaq üçün eyni zamanda, dönməz azərbaycançı olmaq gərəkdir”.

AMEA-nın Tarix İnstitutu liseyi himayəyə götürüb. İnstitut liseyin kitabxanasına 300 adda 2 min kitab hədiyyə edib. İnstitut ilə lisey arasında əməkdaşlıq müqaviləsi imzalanacaq. Müqaviləyə əsasən, birgə tədbirlər təşkil ediləcək və institutun alimləri liseydə Azərbaycan tarixini dövrlər üzrə qədimdən başlayaraq tədris edəcəklər. Eyni zamanda ustad dərsləri də keçiriləcək.

Tarixçi alimlər liseydə tərbiyənin, tarixi şüurun və Azərbaycan dilinin önə çəkilməsi barədə çıxış ediblər.

Xatırladaq ki, 2018-ci ildə Azərbaycanın və Türkiyənin tanınmış elm xadimlərinin iştirakı ilə "Bakı-İstanbul” liseyinin təntənəli açılışı olub.





İmza:Eminquey

Xarici dil hamı üçün!

Bu şəxslər ali məktəblərə imtahansız qəbul olunacaqlar - Baş nazir təsdiqlədi

Nazir müavini Məhəbbət Vəliyeva təhsil şöbələrinin müdirləri ilə görüşdü

“Azərbaycan və Çin intellektual oyunları” adlı tədbir keçirilib

Təhsil Nazirliyi vətəndaşlara müraciət etdi

Örl Litzenberqer ADU-nun “Səfir saatı” layihəsinin qonağı olub

Kamal Abdulla Hindistan səfiri ilə görüşüb

II və III qruplar üzrə imtahanların nəticələri açıqlanacaq

DİM məktəb rəhbərlərinə müraciət edib

XI siniflərin buraxılış imtahanlarının nəticələri açıqlandı

ADU tələbələrinin ifasında “Leyli və Məcnun” operası səhnələşdirilib

BANM Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə memorandum imzaladı

SON XƏBƏRLƏR
2019-05-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (66.66%)
"Qəbələ" (20%)
"Sumqayıt" (6.67%)
"Zirə" (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK