adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
14 Mart 2019 12:55
5196
HADİSƏ
A- A+

Stavropoldakı qəzada xəsarət alan daha bir azərbaycanlı öldü

Martın 6-da Bakıdan Moskvaya gedən mikroavtobusun Rusiyanın Stavropol şəhərində qəzaya uğraması nəticəsində xəsarət alan azərbaycanlı yaralılardan daha bir nəfəri dünyasını dəyişib.

Qeyd edək ki, daha açıqlamasında Stavropoldakı Azərbaycan diasporunun rəhbəri Fəxrəddin Yarıyev martın 11-də daha bir yaralının xəstəxanada öldüyü və bununla da qəzada ölənlərin sayının 7 olduğunu bildirmişdi.

Xatırladaq ki, martın 6-da Bakıdan Moskvaya gedən mikroavtobus Rusiyanın Stavropol şəhərində qəzaya uğramışdı. Hadisə nəticəsində mikroavtobusda olan Ağcabədi rayon sakinləri, 1962-ci il təvəllüdlü Namiq Tohid oğlu Əhmədov, 1969-cu il təvəllüdlü Ələmdar Niftalı oğlu Abdullayev, 1975-ci il təvəllüdlü Rəsul Ənvər oğlu Həsənov, 1983-cü il təvəllüdlü Şəmsi Tanrıverdi oğlu İsmayılov, 1984-cü il təvəllüdlü Vüsal Alı oğlu Quliyev və 1988-ci il təvəllüdlü Xəyal Hamlet oğlu Şirinov dünyasını dəyişib, 3 azərbaycanlı isə xəsarət almışdı. (Trend)