adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
14 Mart 2019 10:14
13232
İDMAN
A- A+

Çempionlar Liqasında bütün 1/4 finalçılar bəlli oldu

Ötən gecə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinəyekun vurulub.

Adalet.az xəbər verir ki, daha iki oyunla sonuncu 1/4 finalçılar da müəyyənləşib.

"Barselona” öz meydanında "Lion”u, "Bavariya” isə "Liverpul”u qəbul edib. Komandalar arasında keçirilənilk oyunlarda qolsuz bərabərlik qeydə alındığından şanslar bərabər qiymətləndirilirdi. "Liverpul"səfər, "Barselona" isəev qələbəsisayəsində növbəti mərhələyə yüksəlib.


Çempionlar Liqası

1/8 finalın cavab oyunları

13 mart


"Barselona" - "Lion" - 5:1
Qollar:L. Messi, 18-penalti (1:0), 78(3:1), F. Koutinyo, 31 (2:0), L. Tusar, 59 (2:1), J. Pike, 81 (4:1), U. Dembele, 86 (5:1)
İlk oyun - 0:0

"Bavariya" - "Liverpul" - 1:3
Qollar:S. Mane, 26 (0:1), 84 (1:3),J. Matib, 38-avtoqol (1:1), V. van Deyk, 69 (1:2)
İlk oyun - 0:0


Xatırladaq ki, bundan əvvəl"Mançester Yunayted", "Ayaks", "Tottenhem", "Portu", "Yuventus" və "Mançester Siti" 1/4 finala vəsiqə qazanıblar.