adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
14 Mart 2019 10:03
10245
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğludan yeni şeir: BU DA BİR AŞİQ DİLƏYİ

İşıq sönür... o anda -
şam da , çıraq da, od da...
Çaxmaq daşı tək məni -
qığılcımınla odla -
bir olaq!..

Külək əsir , ya da meh
kipriyimə hopur şeh...
Sıxma ürəyini sən
mən ümiddən aldım beh -
pir olaq!...

Üyünür hər cür dən də
artıq da , yaxud kəm də...
Bir -birinə sarılan
həsrətli Araz , həm də -
Kür olaq...

Qarışanda qəm işə
ağrı çökür nəm işə!..
Dözüb hər cür gəlişə
Sevgimizlə, həmişə -
sirr olaq...