adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
13 Mart 2019 17:06
10895
SİYASƏT
A- A+

Bəs ermənilər növbəti təhlükəsizlik yığıncağını Şuşada keçirsələr nə olacaq? - Fazil Mustafa

"Ermənistanın yeni hakimiyyəti Qarabağda Təhlükəsizlik Şurasının iclasını keçirdi. Orada Məhsul Bayramı, Caz Festivalı və ya Kitab Yarmarkası keçirsəydilər bizim üçün hansısa fərq edərdimi? Əslində diplomatiya baxımından kifayət qədər kobud səhvə yol verdilər, Qarabağın işğalının siyasi etirafını bu addımla bəyan etmiş oldular”.

Modern.az-ın məlumatına göprə, bunu millət vəkili Fazil Mustafa Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanın işğaı altındakı Dağlıq Qarabağ ərazisinə qanunsuz səfərinə münasibət bildirərkən deyib.

Deputatın sözlərinə görə, bu səfərdə məqsəd Qarabağ ermənilərində inam yaratmaqdır ki, Yerevan heç vaxt bu torpaqları geri verməyəcə:

"Bu, həm də bizdə pessimizm yaratmaqdırki, "bir də bu torpaqları görmək istəsəniz, qulağınızın dalını görərsiniz”. İşğal olunmuş bütün ərazilərdə ermənilər yollar salıb, evlər tikir, qəsəbələr inşa edirlər ki, bizi bir az da ruhdan salsınlar. Həm də onlara himayəçilər təminat verir ki, narahat olmayın, Azərbaycan psixoloji cəhətdən yenidən dirçələ bilməyəcək. Bunlar gözlənilən, proqnozlaşdırılan davranışlardır, onsuz da biz dəvəsi ölmüş ərəb kimiyik, dəvəmizin dərdini bir tərəfə qoyub yenidən dirçəlişin istiqamətlərini doğru təyin etməkdən başqa alternativimiz qalmayıb. Bu halda isə ən isabətli yol bütün sahələrdə ölkənin güclənməsi üçün düşüncələrimizi paylaşmaqdır”.

Fazil Mustafa deyib ki, Azərbaycanda siyasi qüvvələrin, ictimai güclərin, düşüncə adamlarının dövlətin moderatorluğu altında problemləri açıq müzakirəsinə ehtiyac var:

"Müzakirə mühiti yaradılmadan, problemlərin gerçək təyinatı anlaşılmadan islahatlar irəli yürüməz. Qarabağ reseptini 3-4 məmurun qafasından çıxan cızmaqara yazısı ilə aptektə oxuyub başa düşən olmayacaq. İllərdir siyasətdə olsam da, dövlət adına hələ kimsə soruşmayıb ki, sənin Qarabağla bağlı düşüncən, təklifin nədir? Əminəm ki, mənim kimi yüzlərlə azərbaycanlıdan da bu sual soruşulmayıb. Ona görə müzakirələrə zərurət var ki, Qarabağın taleyi, ölkənin gələcəyi ilə bağlı bu dövlətin, bu Vətənin, bu millətin məsuliyyətini daşıyan insanlar düşüncələrini ortaya qoysunlar, İki sahədə özümüzü aldatmaqdan və dəyərləri pula qurban verməkdən vaz keçməsək, başlamaq sözünün də bir mənası qalmayacaq.
Birincisi, təhsildə, ikincisi səhiyyədə özümüzü aldatmadan geriliyimizi, natamamlığımızı çılpaqlığı ilə ortaya qoyaraq, zehni və fiziki sağlamlığımzdan irəli start götürməliyik. Finlandiyanın, İsrailin, İrlandiyanın inkişaf modelinin əsasında məhz bu sahələrdəki etiraf və dəyişim təməl rolunu oynamışdır. Ən azı irəlidəki yarım əsrdə fin kimi, yəhudi kimi, irland kimi düşünən azərbaycanlıya çevrilməyi bacarmasaq, Dədə Qorqud babamızın dövründən qalmış sapand daşını bugünkü fələstinli dindaşlarımız kimi havaya fırlamaqla başımızı girləyəcəyik.
Bəs ermənilər növbəti təhlükəsizlik yığıncağını Şuşada keçirsələr nə olacaq? Əgər özümüzə aid olan zəruri addımlara atmağa təlsmiriksə, bizim üçün bayramlarını, iclaslarını harada keçirmələri fərq edərmi?”.