adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
13 Mart 2019 15:50
14012
İDMAN
A- A+

“Onunla müqavilə qarşılıqlı ləğv edilir” – “Qarabağ”dan açıqlama

"Ansi Aqollinin 10 ilə yaxın "Qarabağ”da əməyi olub. O, bizim kluba, Azərbaycana çox bağlı bir insandır”.

Adalet.az xəbər verir ki, bu sözləri Qol.az saytına açıqmasında "Qarabağ” klubunun direktoru Əmrah Çelikel söyləyib.

Ağdam təmsilçisi albaniyalı futbolçusu Ansi Aqolli ilə yolları ayırmağa hazırlaşır. 36 yaşlı müdafiəçi bundan sonra karyerasını ABŞ-ın "Nyu-York Kosmos” komandasında davam etdirəcək.

"Ansinin karyerasını orada davam etdirməsi onun üçün yaxşı bir şansdır. Ailəsi də ABŞ-da yaşayır. Klub rəhbərliyi onun transferindən hər hansı bir gəlir gözləmir. Ona görə də onunla müqavilə qarşılıqlı ləğv edilir” – deyə Ə.Çelikel bildirib.

Xatırladaq ki, Ansi Aqollinin "Qarabağ”la qüvvədə olan müqaviləsi bu mövsümün sonu başa çatır. Onun ABŞ klubuna bu ay ərzində keçəcəyi gözlənilir.