HƏSƏNQULUNUN ATƏT-in BAŞ DONUZUNA CAVABI

AQİL ABBAS
25444 | 2009-07-25 23:56
Əzizim Baş Donuz! Sənin mənə yazdığın məktubu dünən internetdə oxudum. Dünyanın yiyəsi itini tanımadığı bir vaxtında mənim və mənim kimilərin qayğısına qaldığına görə sənə çox-çox təşəkkür edirəm.
   
   Əzizim Baş Donuz! Əvvəla, biləsən ki, Tanrının səndən bir o qədər də zəhləsi getmir. Tanrı səni biz müsəlmanlar üçün haram buyurub. Və artıq da dünyada müsəlmançılıq deyilən bir şey qalmadığına görə narahatlığa dəyməz. Müsəlman yalan danışmaz, başqasının çörəyini əlindən almaz, kasıbın son tikəsinə göz dikməz, başqasının qadınına baxmazg Bir sözlə, Tanrının qanunları ilə yaşayar. Biz müsəlmanlar isə çoxdan Tanrının yolunu azmışıq. Yalan da danışırıq, kasıbın son tikəsini də əlindən alırıq, başqasının qadınına nəinki baxırıq, hətta g, şərabın küpəsinə giririk, sənin kababını da elə ATƏT-in həmsədrləri kimi gözümüzə təpirik.
   
   Əzizim Baş Donuz! Sən özün haqqında bir belə pis fikirdə olma. Sən brayzaların, fasyelərin yanında toya-bayrama getməlisən. Tanrının zəhləsi gedən varlıq sən deyilsən. Tanrının zəhləsi gedən bir varlıq varsa, o da yaratdığına peşman olduğu biz insanlarıq. Tanrı sevinə-sevinə yaratdığı ilk adam balası Adama qırmızı kart çıxarıb, Həvvanı da qoltuğuna verib cənnətdən qovduğu kimi, indi bütün dünyaya bir qırmızı vərəqə çıxarıb hamımızı sahə dışı buraxıb. İndi bu dünya Tanrının qanunları ilə deyil, şeytanların qanunları ilə idarə olunur. Biri Vaşinqtonda oturub, biri Parisdə, biri Londonda, nə bilim day hansı xarabada. Tanrı bizdən bezib, daha doğrusu, biz Tanrını bezdirmişik. Tanrı mələklərini də yığıb bu dünyadan aparıb. O mələkləri indi brayzalar, fasyelər, day nə bilim hansı kərtənkələlər əvəz edir.
   
   Əzizim Baş Donuz! Mənim də səndən zəhləm getmir, sənin qripindən də qorxmuram. Odur ey, maşallah, həkimlərimiz bizə göndərilmiş iki nəfəri beşcə günün içində sağaltdılar. Mənim qorxduğum elə Brayza qripidi. Düz 16 ildi tutulmuşam, nə özüm sağala bilirəm, nə də sağalda bilirlər. Hələ bu xəstəliyin, bu qripin nə qədər gedəcəyini də bir kimsə bilmir. Bizdə belə bir söz var: ""Quran" oxumaqla donuz darıdan çıxmaz". Söhbət sən donuzdan getmir. Sən gül kimi donuzsan. Söhbət donuzlaşmış insanlardan gedir. İndi biz 16 ildi "Quran" oxuyuruq ki, donuz darıdan çıxacaq. Özü də billə-bilə ki, "Quran" oxumaqla donuz darıdan çıxmız.
   
   Bağışla, sən əvəzdən də Metyu Brayzanı öpə bilməyəcəm. Özünün yazdığın kimi, sənin on dəqiqəliyindədi, get elə özün öp. Amma öpəndən sonra üz-gözünü spirtlə yu. Yoxsa xəstələnərsən.

TƏQVİM / ARXİV