adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
13 Mart 2019 14:56
17374
DÜNYA
A- A+

ABŞ-in VENSUELAYA HƏRBİ MÜDAXİLƏSİ REALLAŞIR...

ABŞ-ın dövlət katibi Mayk Pompeonun son bəyanatlarını Venesuela rəngli inqilabın nəticələrinin növbəti hesabatı kimi də dəyərləndirmək olar. Bu olkədə baş verənlərə nəzər saldıqda prosesin açıq şəkildə təşkil olduğunu , Qərbin etirazçılara "humanitar yardımına” və rəsmi bəyanatları ilə daha da qızışdırıcı rol oynadığı açıq-aydın görünməkdədir.

Digər ölkələrdə baş verən alınan və ya alınmayan "rəngli inqilablardan” fərqli olaraq Venesuelada Birləşmiş Ştatlar bu inqilabın birbaşa təşkilatçısı və rejissoru olduğunu gizlətməməsi nəzəri cəlb edir. Ona görə də Vaşinqton "öz evinin ətrafında məğlub olmasını sınıra bilmir və geri çəkilməyi qəbuledilməz addım kimi qiymətləndirir.

Artıq kütləvi etiraz nümayişləri getdikcə zəifləməkdədi. Hətta Xuan Quaydonun ABŞ və Qərb ölkələri tərəfindən müvəqqəti prezident kimi qəbul edilməsi belə gözlənilən nəticəni vermir. ABŞ-ın və dəstəkləyicilərinin bütün səylərinə baxmayaraq, Venesuela hakimiyyəti ölkə üzərində nəzarətini saxlamaqda davam edir.

Neçə müddətdir ölkə xaricində olan Quaydonun xarici ölkə səfirlərinin əhatəsində ölkəyə qayıtması sönməkdə olan etiraz aksiyalarına nisbətən təkan versə də, Venesuelanın demək olar ki, 80 faizini elektrik enerjisi ilə təmin edən "El Quri” elektrik stansiyasının sıradan çıxarması nəticəsində xaos yaşanması və bunun nəticəsində ölkənin su təminatında problemlərin yaranması da, xəstəxanalarda xəstələrin dünyalarını dəyişməsi faktı da ağır nəticələrə gətirib çıxarması da Venesuelada həyatı dayandıra bilmədi.

ABŞ-ın dövlət katibi Mayk Pompeo Karakasın hələ də ayaq üstə dayana bilməsində rəsmi Moskvanı, konkret olaraq ABŞ-ın qadağa sanksiyalarına baxmayaraq, hələ də Venesuelanın dövlət korparasiyası PDVSA-dan neft almaqda davam edən "Rostneft”-i günahlandırır. Dövlət katibi rusların bu hərəkətləri ilə Madura hakimiyyətinə "xilasedici dairə” atdığını bəyan edir. Bununla da o, Vaşinqtonun son cəhdlərinin iflasa uğradığını etiraf etmiş olur. Hətta Quaydonun yenidən ölkəyə qayıtması ilə etiraz dalğalarının daha da güclənəcəyinə ümid edən Ağ Ev anlayır, onların bu cəhdləri də Maduro hakimiyyətinə istənilən təyziqi göstərə bilmir.

ABŞ üçün vəziyyət getdikcə daha da gərginləşir. Regionda nüfuzunun itirilməsi onun üçün ağır gəlir. Quaydonun ölkə prezidentinin vəzifələrini yerinə yetirməsi faktının dəstəklənməsini, düşünülmədən atılmış addım olmasını anlayır. Vaşinqton geri çəkilməyə yerin olmadığını da görür. Ona görə də imkanlarının tükəndiyini artıq hiss edərək Maduronun devrilməsi üçün hərbi müdaxilə edilməsinin yeganə variant olduğunu bilir.

Pompeonun bu ölkədən bütün diplomatlarının geri çağırılması bəyanatı da Karakas üçün bu təhlükənin reallaşdığını göstərməkdədi.

İndi əsas sual – Venesuela bu hegemon dövlətin caynağından qurtulmaq üçün çıxış yolu tapa biləcəkmi?

Rüstəm HACIYEV