adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

"Duel" - Yılmaz Özdil yazır...

EMİNQUEY AKİF
44312 | 2019-03-14 09:51

Duel...

Mərd insanların mədəniyyətidir.

Hüququ var.

Üz-üzədir.

Bərabər şərtlidir.

Şagidlərin nəzarəti altındadır.

Gizli deyil, açıq-aşkardır.


Bu səbəbdən, sadəcə qalib gələnə deyil, qürurlu davranışına görə uduzana da hörmətedilir.

Centilmenlərin rəqabətidir.

Məsəlçün, idman əslində bir dueldir.

Atletizmdən üzməyə, velosipeddən ağırlıq qaldırmayaqədər bərabər şərtlərdə mübarizə gedir. Nəticəni bəlli edən bacarıqdır. Futbolmaçına mən 11 futbolçu ilə çıxım, sən qapıçısız oyna deməzlər, sadəcə yaxşıoynayan qazanar. Boksçu ilə güləşməzlər, güləşçiyə yumruq vura bilməzsən. Bu,dueldir, duel.

Romantikdir.

Modern rus ədəbiyyatının atası sayılan əfsanəvişair Puşkin dueldə dünyasını dəyişib. Tarixin gördüyü ən məşhur azğın Kasanovatarixin ən məşhur duelçisidir.

Ədəbi var.

Əxlaqı var.

Qurşaqdan aşağı vurmaq olmaz.

Arxadan vurmaq olmaz.

Qadınlar, uşaqlar, qocalar, fizikiməhdudiyyətlilərə əsla toxunmazlar.

Tələ.

Qorxaq insanlara məxsusdur.

Namərdlikdir.

Kişi kimi rəqibininqarşısına çıxmayıb tülkü kimi tələ quraraq yalanla, hiyləylə gizlənərək arxadanzərbə vurmaqdır.

Qadın, uşaq gözləməz.

Əxlaq tanımaz.

Diksindiricidir.

Tarixçilərə görə duel mədəniyyətininkökündə "haqlı olan uduzmaz, Allah haqlı olana kömək olar” inancı yatır.

Tələ mədəniyyətininkökündə isə din-iman amili yoxdur, hər hansı bir müqəddəs dəyərə söykənməz.

Duellə tələ zənn edildiyi kimi qərbləşərq arasındakı adət-ənənə fərqi deyil, cəsarətlə əclaflığın coğrafiyası,xəritəsi, sərhəddi olmaz.



Azərbaycan türkcəsinə çevirən: Eminquey

TƏQVİM / ARXİV